AFFA KİV nümayəndələrini təbrik etdi

AFFA-nın Mərdəkanda yerləşən Futbol Mərkəzində Milli Mətbuat Günü münasibəti ilə tədbir təşkil olunub. Tədbirdə iştirak edən çoxsaylı KİV nümayəndələri əvvəlcə AFFA Futbol Mərkəzinə baxış keçirdilər.
Mətbuat nümayəndələrinə "Dalğa Arena"nın süni ot örtüyü və stadionun inzibati binası ilə bağlı ətraflı məlumat verilərkən qeyd olundu ki, müasir standartlara cavab verən səviyyədə inşa olunmuş stadionun ot örtüyünə FİFA tərəfindən ən yüksək sertifikat - 2 ulduz verilib. Jurnalistlər stadionun paltardəyişmə otaqlarına, mətbuat konfransı üçün zala baxış keçirdilər.
Sonra AFFA Futbol Mərkəzinin çimərlik sahəsindəki yay kafesində baş katib Elxan Məmmədov jurnalistlərlə görüşdü. Milli Mətbuat Günü ilə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından KİV nümayəndələrini təbrik edən E.Məmmədov ölkəmizdə futbolun inkişafı naminə məqsədyönlü tədbirlər həyata keçirildiyini və futbolun təbliğində mətbuatın böyük rol oynadığını bildirdi. Baş katib AFFA-nın əsas prioritetlərindən birinin infrastrukturun inkişafı olduğunu söyləyərək, AFFA Futbol Mərkəzinin inşa olunmasını bu istiqamətdə əldə olunan uğurlardan biri kimi dəyərləndirdi və bildirdi ki, 2012-ci ildə 17 yaşadək qızlardan ibarət komandalar arasında Azərbaycanda təşkil olunacaq dünya çempionatının oyunlarının keçiriləcəyi stadionlardan biri də "Dalğa Arena" olacaq. Çıxışının sonunda Elxan Məmmədov jurnalistləri bir daha təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı. Sonra jurnalistlərə AFFA-nın hədiyyələri təqdim olundu.

{nl}

R.İLQAR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında