Azərbaycanlı gənclər Avropa Parlamentində olmuşlar

İyulun 16-dan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova, qurumun fəalları - Nərgiz Eyvazova və Orxan İskəndərli Fransanın Strasburq şəhərində "Planeti xilas edək!" adlı beynəlxalq seminarda iştirak edirlər. Tədbir Avropa İttifaqının "Gənclər fəaliyyətdə" proqramı və Avropa Şurasının Gənclər Fondu (AŞGF) tərəfindən keçirilir. 
AGAT-ın katibliyindən bildirmişdir ki, ölkəmizi təmsil edən gənclər seminar çərçivəsində Strasburqdakı Avropa Parlamentində və Gənclər Mərkəzində olmuş, Avropa İttifaqının "Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı" proqramı ilə bağlı müzakirələr keçirmişlər. Həmvətənlərimizə Avropa Parlamentində fəaliyyət göstərən partiyalar, onların siyasəti haqqında geniş məlumat verilmişdir.
Daha sonra azərbaycanlı gənclər AŞGF-də keçirdikləri görüşdə insan haqları və mədəniyyətlərarası dialoqla bağlı fikir mübadiləsi aparmışlar. Görüşdə AGAT-ın fəalları Azərbaycanın Avropaya inteqrasiya siyasəti, ölkəmizin davamlı inkişafı barədə danışmışlar.
Dünyanın 20 ölkəsindən gənclərin iştirak etdiyi seminar iyulun 26-da başa çatacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında