Qaradağ rayonunda Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilmişdir

Böyük maarifçi Həsən bəy Zərdabinin 1875-ci ildə məşhur "Əkinçi" qəzeti ilə əsasını qoyduğu Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Bu fikirlər dünən Qaradağ Rayon İcra Hakimiyyətində Azərbaycan milli mətbuatının 136 illiyi münasibəti ilə keçirilmiş tədbirdə səslənmişdir.
Jurnalistləri yubiley münasibətilə təbrik edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışdır. Azərbaycanda mətbuata dövlət səviyyəsində göstərilən qayğıdan geniş bəhs edərək bildirmişdir ki, bu gün ölkəmizdə yüzlərlə qəzet və jurnalın nəşr edilməsi, özəl televiziya və radioların fəaliyyət göstərməsi söz və mətbuat azadlığının, demokratiyanın mühüm göstəricisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafına daim diqqətlə yanaşdığını vurğulayan natiq bu ənənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, Azərbaycanın bütün fədakar qələm sahiblərini bayram münasibəti ilə ürəkdən təbrik etmişdir.
Tədbirdə çıxış edən mətbuat nümayəndələri diqqətə görə minnətdarlıqlarını bildirmişlər.{nl}

Məsaim ABDULLAYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında