Ahıl jurnalistlərə hörmət və ehtiram

Milli jurnalistika günü ərəfəsində Azərbaycan Mətbuat Şurasında ölkə jurnalistlərinin yaşlı nəslinin təmsilçiləri ilə görüş keçirilmişdir.
AMŞ sədri Əflatun Amaşov veteran jurnalistləri salamlamış, onları əlamətdar bayram münasibətilə təbrik etmişdir. O, milli jurnalistikamızın inkişafında yaşlı yazarlarımızın xidmətlərini yada salmış, onların bugünkü KİV işçilərinin yetişməsində rolunu vurğulamışdır.
Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov Azərbaycan jurnalistikasına vətəndaşlıq mövqeyi, mövzu genişliyi, yeni peşəkarlıq çalarları gətirmiş 60-cı illər jurnalistlər nəslinin fəaliyyətindən söhbət açmış, o illərin dəyərli yazarlarının xidmətlərini geniş açıqlamışdır.
Ahıl jurnalistlər adından çıxış edən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə, "Xalq qəzeti"nin veteranı Firudin Rəsulov onları yada salıb, xidmətlərini qiymətləndirdiyinə görə AMŞ-ya və Ahıl Jurnalistlər Məclisinə razılıqlarını bildirmiş, bundan sonra da milli jurnalistikamızın köklü maraqları ilə bağlı olacaqlarını söyləmişlər.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə veteran jurnalistləri rəhbərlik etdiyi qəzetlərlə fəal əməkdaşlığa dəvət etmiş və başqa redaksiyaları da bu təşəbbüsə qoşulmağa çağırmışdır.
Sonda bir qrup veteran jurnalistə Azərbaycan Mətbuat Şurasının diplomları verilmişdir.{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında