Balakən xəbərləri

Faşizm üzərində Qələbənin 65-ci ildönümü qeyd olundu
May ayının 9-da alman faşizmi üzərində tarixi qələbənin 65-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi Balakəndə də təntənə ilə qeyd olundu. Rayonun Böyük Vətən müharibəsi veteranları əvvəlcə ulu öndər Heydər Əliyevin dağüstü ərazidəki abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ona ehtiramlarını bildirdilər.
Sonra bayram tədbiri rayonun ən böyük və gözəl kəndlərindən biri olan Katexdəki "Ana" abidəsinin önündə davam etdirildi. Müharibə iştirakçıları, rayon İcra Hakimiyyətinin Başçısı Asif Məmmədov, Millət vəkilləri Rəbiyyət Aslanova və Dünyamin Xəlilov, eyni zamanda, rayonun ictimaiyyət nümayəndələri "Ana" abidəsinin önünə gül-çiçək dəstələri qoydular. 1941-1945-ci illər müharibəsində, eləcə də Qarabağ müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Meydana xüsusi formalı məktəblilər dəstəsi 10 metr uzunluğu, 2 metr eni olan üçrəngli Azərbaycan bayrağını gətirdilər. Ümumrayon tədbirində öncə rayon rəhbəri Asif Məmmədov çıxış etdi.
Çox gözəl bir bayramın - alman faşizmi üzərində tarixi qələbənin 65 illiyinin qeyd olunduğunu vurğulayan rayon rəhbəri tarixi qələbədə Azərbaycan xalqının, o cümlədən balakənlilərin də böyük xidmətləri olduğunu bildirdi. Rayonda hazırda 46 nəfər müharibə veteranı olduğunu bildirən natiq onların hər cür hörmətə layiq olduğunu qeyd etdi. Sonra millət vəkilləri çıxış edərək veteranları təbrik etdilər, onların keçdiyi şərəfli həyat yolunun bugünkü gənclər üçün örnək olduğunu bildirdilər.
Sonra rayon hərbi komissarı Nizami Quliyev çıxış edərək veteranları tarixi qələbə münasibəti ilə təbrik etdi, ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən Qələbənin 65-ci ildönümü ilə əlaqədar təsis edilmiş yubiley medalını veteranlara təqdim etdi. Hərbi komissar bildirdi ki, müharibəyə Balakəndən 6883 nəfər gedib, 2311 nəfər həlak olub,4547 nəfər qayıdıb. 4 nəfər "Döyüş şöhrəti" ordeni alıb, onlardan biri - Abdurahman Ramazanov bugünki tədbirimizin iştirakçısıdır.
Millət vəkillərinin və rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri veteranlara təqdim olunduqdan sonra meydan rəqsə və musiqiyə verildi. Veteranlara səyyar əsgər mətbəxində bişən əsgər yeməyi verildi.
Sonra ordenli veteran Abdurahman Ramazanov çıxış edərək bildirdi ki, "Bizə 9 may bayramını ulu öndər Heydər Əliyev qaytardı". Eyni zamanda veteran torpaqlarımızın sülh yolu ilə azad olunacağına əminliyini bildirdi və onlara edilən birdəfəlik yardıma görə ölkə Prezidenti İlham Əliyevə veteranlar adından minnətdarlıq etdi.
Tədbirdə 2 nəfər veterana - Cahangir Səmədov və Ramazan Heydərova "Oka" markalı minik avtomobilinin açarları təqdim olundu. Sonda rayon rəhbəri Asif Məmmədov və Millət vəkilləri veteranlarla xatirə şəkli çəkdirdilər. Beləliklə, belə gözəl bir bahar günündə tarixi qələbənin 65 illiyi yüksək əhval-ruhiyyə ilə, əsl bayram təntənəsi və gələcəkdə, Qarabağ müharibəsində qələbə ümidi ilə sona çatdı.

{nl}

Ulu öndərin anadan olmasının 87-ci ildönümü böyük təntənə ilə qeyd olundu
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87 illiyinə həsr olunmuş silsilə tədbirlər mayın 10-da Qabaqçöl qəsəbəsində ümummilli liderin büstü önünə gül-çiçək dəstələri qoymaqla davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov, millət vəkilləri Rəbiyyət Aslanova, Dünyamin Xəlilov, Qənirə Paşayeva, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, rayon icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanları, rayon ictimaiyyət nümayəndələri büst önünə gül-çiçək dəstələri qoyaraq öz məhəbbət və ehtiramlarını ulu öndərin qarşısında təzim etməklə bidirdilər.
Mərasimdən sonra ulu öndərin xatirəsinə həsr edilmiş 2000 metrlik məsafəyə kros yarışı keçirildi. Qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.
Sonra ümummilli lider Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında ulu öndərin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar gül bayramı keçirildi. Məktəblilərin müxtəlif çiçək və otlardan, yarpaqlardan, bitkilərdən, hazırladıqları rəngarəng sənət əsərləri gül bayramına gələnlərdə xoş əhval-ruhiyyə yaratdı. Bayram Şəkidən və Qaxdan gəlmiş tanınmış incəsənət xadimlərinin və rayon musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə başa çatdı.

{nl}

"Heydər Əliyev və dövlət qadın siyasəti" mövzusunda konfrans
Mayın 10-da rayon icra hakimiyyətində "Heydər Əliyev və dövlət qadın siyasəti" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Mərasimi giriş sözü ilə açan RİH başçısının müavini Mehbarə Nuriyeva qadınların cəmiyyətdə yeri və rolu barədə danışmış, onların rayonun ictimai-siyasi və mədəni həyatında tutduqları mövqe və əldə etdikləri nailiyyətlərdən söhbət açmışdır. Ümummilli liderimiz Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyini bildirən natiq məhz ulu öndərimiz tərəfindən 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncam imzalandığını, Prezidentin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, 1998-ci ilin sentyabrında isə Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırmışdır. Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Qənirə Paşayeva, AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə Azərbaycan Prezidenti tərəfindən 2000-ci il martın 6-da imzalanmış "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanın qadınların imkanlarının genişləndirilməsində və onların cəmiyyətdə rolunun artırılmasında mühüm rol oynadığını xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir. Milli dövlət quruculuğunun ən müxtəlif sahələrində böyük xidmətlər göstərən qadınlarımız, eyni zamanda ictimai-siyasi proseslərin fəal iştirakçılarıdır.
Sonra Milli Məclisin deputatları ulu öndərin doğum günü münasibətilə Balakənin ümumtəhsil məktəblərində keçirilmiş "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinə kompyuter dəstləri hədiyyə etmişlər. Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında ulu öndərin anadan olmasının 87-ci ildönümü münasibətilə gül bayramı və incəsənət ustalarının iştirakı ilə konsert də olmuşdur.

{nl}

İ. MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında