Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə "Hakimlər və hüquqşünaslar üçün yay məktəbi" təşkil olunacaqdır

Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK) Konstitusiya Məhkəməsi və Məhkəmə-Hüquq Şurası ilə birgə iyulun 25-də "Hakimlər və hüquqşünaslar üçün yay məktəbi" təşkil edəcəkdir. Tədbirdə əsasən İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının müvafiq maddələri müzakirə olunacaqdır.
Konfederasiyadan bildirmişlər ki, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun və ATƏT-in Bakı ofisinin dəstəyi ilə təşkil olunan tədbirin açılışında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynli, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlıq Fondunun nümayəndəsi Mayke Ruhlig, ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsini icra edən xanım Melisa L.Stoun çıxış edəcəklər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin sədri Lətif Hüseynov, baş prokurorun müavini Namiq Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Ali Məhkəmənin hakimi Vəfaddin İbayev və digər tanınmış hüquqşünasların, ekspertlərin məruzələri dinləniləcəkdir.
"Yay məktəbi" iyulun 29-dək davam edəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında