Azərbaycan milli mətbuatının 136 illiyi qeyd edilmişdir

İyulun 22-də "Min bir gecə" istirahət mərkəzində Azərbaycan milli mətbuatının 136 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan mediasının nümayəndələrini, jurnalistika sahəsində çalışan bütün mətbuat işçilərini milli mətbuatımızın 136-cı ildönümü münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Əli Həsənov demişdir: "Biz dövlətimizin, millətimizin inkişafını jurnalistlərsiz təsəvvür etmirik. Azad söz, azad media cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qələm sahiblərinin fəaliyyəti dövlətimizin fəaliyyəti ilə həmahəngdir, millətimizin maraqlarına, ehtiyaclarına, onun inkişafının tələblərinə cavab verir. Biz jurnalistikanın inkişafında maraqlıyıq. Dövlətimizin siyasəti də ona istiqamətlənmişdir ki, Azərbaycanda azad medianın fəaliyyəti getdikcə genişlənsin, jurnalistlər kənar təsirlərdən azad olsunlar, istədikləri informasiyanı maneəsiz, sərbəst toplasınlar, cəmiyyətə çatdırsınlar, bununla da vətəndaşların informasiya ehtiyaclarını təmin etsinlər".
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının keçdiyi şərəfli tarixi yola qısa nəzər salmış, "Əkinçi" qəzetinin xalqımızın həyatında oynadığı rolu xüsusi qeyd etmişdir.
Sonra Mətbuat Şurasının təsis etdiyi "Ali media mükafatı"nın təqdimetmə mərasimi olmuşdur. Azərbaycan mətbuatının inkişafındakı xidmətlərə görə bu "Ali media mükafatı"na layiq görülənlər sırasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Baş direktoru Aslan Aslanov da vardır.
Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən və onlara müstəqil dövlətçiliyimiz naminə gələcək fəaliyyətlərində uğurlar arzulayan Aslan Aslanov ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan Respublikasında söz, fikir, mətbuat azadlığının təminatçısı olan Prezident İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də öz növbəsində son illər ölkəmizdə medianın inkişafı naminə görülmüş işlərdən danışmışdır.
Sonra KİVDDF-nin mükafatları təqdim edilmişdir.
Tədbir konsert proqramı ilə başa çatmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında