Operativlik və obyektivlik razılıq doğurur

Xətai Rayon İcra Hakimiyyətindəki dünənki toplantı Azərbaycan Milli Mətbuatının 136 illiyinə həsr olunmuşdu. Qonaqları əsasən jurnalistlərdən ibarət olan toplantı rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun bayram təbriki ilə başladı.
Sonra natiq anadilli mətbuatımızın 136 illik tarixi keçmişindən danışaraq bildirdi ki, xalqımızın sosial-iqtisadi, siyasi və mədəni inkişafında xüsusi yeri olan milli mətbuatımız ulu öndər Heydər Əliyevin istər ilk hakimiyyəti illərində, istərsə hakimiyyətə qayıdışından sonra böyük inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan mətbuatının tam demokratik əsaslarla fəaliyyətini təmin edən qanunvericilik bazasının yaradılması da məhz onun fəaliyyəti dövrünə təsadüf edir.
R.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir jurnalistikamızın maddi texniki bazasının inkişafına, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə ünvanlanmış fərman və sərəncamlarına toxunaraq bildirdi ki, ötən il jurnalistlərin mənzil problemlərinin həlli üçün dövlət başçısının öz fondundan 5 milyon manat vəsait ayrılmasına sərəncam verməsi bir daha göstərdi ki, dövlət anadilli mətbuatın inkişafına xüsusi önəm verir.
İcra hakimiyyətinin başçısı son bir neçə ildə Xətai rayonunda aparılan tikinti, quruculuq və sosial-iqtisadi inkişafın mətbuat nümayəndələri tərəfindən operativ və obyektiv işıqlandırılmasından da razılıqla danışdı və yaranmış əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə söz verdi.
Görüşdə bu günlərdə 20 illik yubileyi qeyd olunan "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də milli mətbuatımızın keçmişi və bu günü barədə fikirlərini bölüşdü və icra hakimiyyəti rəhbərliyinin mətbuatla sıx əməkdaşlığının ümumi işin xeyrinə olduğunu bildirdi.
Sonda Xətai rayonunun ictimai-siyasi həyatındakı yenilikləri, sosial-iqtisadi inkişafı, abadlıq və quruculuq işlərini obyektiv və fəal işıqlandırdıqlarına görə, "Xalq qəzeti"nin 2 əməkdaşı, "Yeni Azərbaycan" və "İki sahil" qəzetlərinin , Azərbaycan Televiziyasının, "Lider", "Space" və "Xəzər" televiziya şirkətlərinin jurnalistləri rayon icra hakimiyyəti başçısının fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.{nl}

İlqar RÜSTƏMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında