Prokurorluq orqanlarına işə qəbulla bağlı yazılı imtahan keçirilmişdir

İyulun 21-də Azərbaycan Texniki Universitetinin İdman sarayında prokurorluq orqanlarına işə qəbulla bağlı yazılı imtahan keçirilmişdir.
Baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov jurnalistlərə bildirmişdir ki, prokurorluq orqanlarına işə qəbul Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun təşkil olunur. 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız test imtahanı vasitəsilə həyata keçirilir. Prokurorluğun kadr korpusunun formalaşdırılması işində alternativi olmayan bu demokratik prosedur əsasında işə qəbulun təşkili, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənc mütəxəssislərin işlə təmin olunması və digər sosial-iqtisadi problemlərinin həlli ilə bağlı Prezident İlham Əliyevin göstərişlərinin icrası istiqamətində atılan mühüm addımlardan biridir.
2002-ci ildən bu günə kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə, tam şəffaf və aşkarlıq şəraitində, hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 9 müsabiqə keçirilmiş, 391 gənc hüquqşünas prokurorluq orqanlarına işə qəbul olunmuşdur. Onlar hazırda prokurorluq orqanları işçilərinin 41 faizini təşkil edirlər.
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə növbəti müsabiqə elan edilmişdir. Müsabiqəyə sənəd verənlərdən 291 nəfəri yazılı imtahanda iştirak edir. İmtahandan sonra prokurorluq orqanlarına işə qəbul olunanların sayı ümumi işçilərin təqribən 50 faizini təşkil edəcəkdir.
Yazılı imtahanda namizədlərə cinayət qanunvericiliyi hüququ və cinayət prosessual qanunvericiliyi ilə bağlı 2 sual təqdim olunmuşdur.
Yazılı imtahanda maksimum 50 bal toplamaq mümkündür, 30 və daha yüksək bal toplamış namizədlər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Növbəti mərhələni də keçərək prokurorluğa işə qəbul olunacaq hüquqşünaslar Ədliyyə Nazirliyinin Akademiyasında kurs keçəcəklər.
İmtahanda iştirak edənlərin əksəriyyəti Bakı Dövlət Universitetinin məzunlarıdır. Onların 52 nəfəri ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
N.Əsgərov onu da bildirmişdir ki, imtahanın nəticələri həm prokurorluq əməkdaşları, həm də kənardan dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanılacaqdır. Nəticələr barədə yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcəkdir.
Qeyd edək ki, prokurorluğa işə qəbul üç mərhələdə - test imtahanı, yazılı imtahan və müsahibə əsasında həyata keçirilir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında