Səbail Rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş

Azərbaycan milli mətbuatının 136 illiyi münasibətilə Səbail Rayon İcra Hakimiyyətində kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə keçirilən görüşdə anadilli jurnalistikamızın tarixi, demokraktik ənənələri, dövlət müstəqilliyi dövründə ölkəmizdə mətbuat azadlığı prinsiplərinin bərqərar olması məsələləri diqqət mərkəzində oldu.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistləri peşə bayramı münasibətilə səmimi təbrik etdi, onlara fəaliyyətlərində yeni uğurlar arzuladı. Başçı son illərdə Səbail rayonunda aparılan geniş və sürətli quruculuq-abadlıq işlərinə medianın fəal informasiya dəstəyini məmnunluqla vurğuladı. O bildirdi ki, rayon həyatının bütün sahələri KİV-in fəaliyyəti üçün açıqdır, media qurumları ardıcıl məlumatlandırılır. Ölkəmizin aparıcı KİV-ləri ilə qurulmuş səmərəli əməkdaşlıq hər iki tərəf üçün faydalıdır.
Asif Əsgərov dövlət müstəqilliyi illərində ümmilli lider Heydər Əliyevin yeni tipli jurnalistika yaradılmasını geniş himayə etməsini, KİV ictimaiyyətinin ulu öndəri jurnalistlərin dostu elan etməsini yada salaraq Prezident İlham Əliyevin KİV-in inkişafına göstərdiyi diqqət və qayğının da bu dostluğu, əməkdaşlığı möhkəmləndirdiyini söylədi. Bu gün yüksək səviyyədə olan media-hakimiyyət münasibətləri vətəndaş cəmiyyəti quruculuğuna töhfəsini artırmaqdadır.
Görüşdə aparıcı KİV-lərin Səbail rayonunun həyatının necə işıqlandırılması barədə RİH-in şöbə müdiri İsrafil Rəhimovun məlumatı maraqla dinlənildi. Az.TV-nin "Space"in, "Xalq qəzeti"nin, "İki sahil", "Yeni Azərbaycan" və "Səs" qəzetlərinin daha çox material verdiyi bildirildi.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun direktoru Vüqar Səfərli, "İki sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər media təmsilçiləri ölkəmizdə müstəqil, azad jurnalistikanın uğurlarından, dövlətin KİV-in inkişafı üçün yaratdığı əlverişli şəraitdən, jurnalistlərin cəmiyyət qarşısında daşıdığı məsuliyyətdən, KİV-hakimiyyət əməkdaşlığını dərinləşdirmək zəruriliyindən söz açdılar, dövlətin milli jurnalistikamıza göstərdiyi himayədarlığa görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Görüşdə Səbail rayonunun həyatını işıqlandırmaqda fərqlənmiş bir qrup jurnalistə hədiyyələr verildi.{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında