AHİK jurnalist əməyini yüksək qiymətləndirir

İyulun 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) milli mətbuatımızın 136-cı ildönümü münasibətilə KİV təmsilçilərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev milli mətbuatımızın 136 il ərzində keçdiyi kəşməkəşli və şərəfli yola nəzər salmış, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanda ümummilli lider Heydər Əliyevin medianın inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışmışdır.
Bildirmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda milli mətbuatın inkişafı və formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Ümummilli lider mətbuatın problemlərini yaxından öyrənmək məqsədi ilə müntəzəm olaraq KİV rəhbərləri ilə görüşlər keçirmiş və problemlərin aradan qaldırılması üçün lazımi göstərişlər vermişdir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiq vurğulamışdır ki, Azərbaycan mətbuatı yarandığı gündən indiyədək böyük inkişaf yolu keçmiş, milli ənənələrini formalaşdırmış, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə məhz öz xalqını maarifləndirməyi, formalaşdırmağı, onu dünyada baş verən ictimai, siyasi, mədəni, iqtisadi proseslərlə tanış etməyi və millətini inkişaf yoluna çıxarmağı qarşıya məqsəd qoymuşdu. "Əkinçi"dən başlanan milli mətbuat öz inkişafını sonrakı dövrdə Azərbaycan maarifçilərinin simasında davam etdirmişdir. Azərbaycanın indiyədək hafizələrdə qalmış, elm, təhsil, mədəniyyət sahəsində tanınmış, adı əbədiləşmiş insanlarının əksəriyyəti, demək olar ki, xalqın qarşısında duran vəzifələrin reallaşması sahəsində mətbuat səhifəsindən istifadə etmişlər.
Mətbuat işçilərinin əməyini yüksək qiymətləndirən Səttar Mehbalıyev demişdir ki, AHİK hər il olduğu kimi, bu il də milli mətbuat günü münasibətilə həmkarlar ittifaqlarının işində yaxından iştirak edən bir qrup KİV təmsilçisini mükafatlandırmağı qərara almışdır.
Sonra mətbuat işçilərinin bir qrupuna fəxri fərmanlar və mükafatlar təqdim edilmişdir. Mükafat alanlar sırasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş redaktoru Yaşar Quluzadə də vardır.
Tədbirdə çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov ölkəmizdə demokratik mətbuatın formalaşdırılması və inkişafına yaradılmış yüksək şəraitə görə ölkə başçısı İlham Əliyevə həmkarları adından minnətdarlığını bildirmişdir.
Sonda S.Mehbalıyev qeyd etmişdir ki, növbəti ildən milli mətbuat günü ərəfəsində AHİK tərəfindən müsabiqələr təşkil ediləcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında