Azərbaycan müsəlman ümməti üçün örnək ola bilər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "dəyirmi masa"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyə qadir dinlərarası dialoq və ya Avropa dəyərləri haqqında" mövzusunda "dəyirmi masa" olmuşdur.
Dövlət Komitəsinin sədri Hidayət Orucov tədbir iştirakçılarını - müxtəlif dini konfessiyaların nümayəndələrini və qonaqları səmimi salamlamışdır.
Milli Məclisin deputatı Elxan Süleymanov qonaqlara - Avropa Xalq Partiyasının nümayəndələrinə Azərbaycanda siyasi vəziyyət, ölkəmizin dünya birliyinə inteqrasiyası barədə ətraflı məlumat verərək bildirmişdir ki, mühüm geosiyasi regionda yerləşən çoxmillətli Azərbaycanda bütün əsas konfessiyalar təmsil olunmuşdur.Burada məscidlərlə yanaşı, xristian kilsələri və yəhudi sinaqoqları fəaliyyət göstərir. Azərbaycanda xristian dininin tarixi iki min ilədək, yəhudilik isə iki min ildən çox bir dövrü əhatə edir.
Söz və din azadlığı ölkə Konstitusiyasında təsbit edilmişdir. Bu tarixi ənənələrin qorunmasında dövlətin rolu böyükdür. Dini dözümlülüyün və tolerantlığın möhkəmlənməsinə ümummilli lider Heydər Əliyevin dövlət və din münasibətlərini əlaqələndirən konsepsiyası şərait yaratmışdır.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkəmizə gələn Roma Papası II İohann Pavel, Konstantinopol Pravoslav Kilsəsinin başçısı Varfolomey, bir çox ölkələrin dini liderləri bildirmişlər ki, Azərbaycan təkcə neft və qaz ixrac etmir, həm də tolerantlıq nümunəsidir.
Dövlət Komitəsinin sədri H.Orucov məruzəsində, habelə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının başçısı Aleksandr ata, Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov, Avropa Yəhudiləri İcmasının başçısı Gennadi Zelmanoviç, Roma Katolik Kilsəsinin başçısı Vladimir Feket çıxışlarında Azərbaycanda tarixən təşəkkül tapmış tolerantlıq mühitindən, millətçilik təzahürlərinin və milli düşmən obrazının cəmiyyətimizə yad olmasından danışaraq bildirmişlər ki, Azərbaycanda milli və dini mənsubiyyətinə görə məhəllələr yoxdur. Biz vahid cəmiyyətdə yaşayırıq.
Avropa Xalq Partiyası nümayəndə heyətinin başçısı, partiyanın AŞPA-dakı fraksiyasının sədri Luka Volonte demişdir: "Azərbaycanla əməkdaşlıq etmək bizim üçün çox vacibdir. Tolerantlığın Azərbaycan modeli maraq doğurur. Etiqad azadlığı hər bir vətəndaşın şəxsi işidir. Avropa Parlamentinin payız sessiyasında müxtəlif ölkələrdə dinin vəziyyəti barədə məruzə dinlənilmişdir. Məruzədə bildirilmişdir ki, Azərbaycan yüksək tolerant ölkə kimi müsəlman ümmətinə örnək ola bilər".
AzərTAc{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında