Şriftin ölçüsü:
12.05.2010 00:15 | Oxunma sayı: 399
Ağsu rayonundakı Heydər Əliyev adına parkda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü ilə əlaqədar rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri , ərazi dairələri üzrə icra nümayyəndələri, bələdiyyə sədrləri və rayon ziyallıları iştirak etmişlər. Milli Məclisin deputatı Ərəstun Cavadov və digər qonaqlar da ictimaiyyət arasında idi.
Tədbir ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və tər gül dəstələrinin qoyulması ilə başlamışdır. Sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzinə gələrək,ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Mərkəzin direktoru Reyhanə Tacızadə tədbir iştirakçılarına eksponatlar barədə ətraflı məlumat vermişdir. Muzeyin "Fəxri qonaqlar" və "Rəy kitabı"na qonaqlar ümummilli lider haqqında öz ürək sözlərini qeyd etdilər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87- ci ildönümü ilə əlaqədar Heydər Əliyev adına parkda olan yay konsert kompleksində məxsusi bəzədilmiş səhnədə rayon mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivinin və respublika incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı nümayiş etdirilmişdir. Paytaxtdan dəvət olunmuş müğənnilər - respublikanın əməkdar artistləri Almaz Orucova və Nuriyyə Hüseynovanın çıxışları tədbir iştirakçılarında xüsusi maraq doğurmuşdur.Uşaq yaradıcılıq mərkəzinin rəqs kollektivinin çıxışları tədbirə rəngarənglik gətirmişdir. Rayonun yeniyetmə idmançıları maraqlı idman hərəkətləri nümayiş etdirmişlər. "Qəhrəmanlar parkı"nda isə 1941-1945 ci il Böyük Vətən müharibəsində sovet ordusunun qələbəsinin 65-illiyi ilə əlaqədar ümumrayon toplantısı keçirilmişdir. Tədbirə rayonun bütün idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi dairələri üzrə icra nümayəndələri, ziyalılar və Böyük Vətən müharibəsinin iştirakçıları, əlilləri, o cümlədən arxa cəbhə iştirakçıları dəvət olunmuşdur.
Tədbiri Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açmışdır. O, yığıncaq iştirakçılarını salamlayaraq bildirmişdir ki, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi dövründə rayonumuzdan cəbhəyə 3221 nəfər əsgər yola salınmışdır. Bunlardan 1564 nəfəri döyüşlərdə iştirak etmiş və yüksək fədakarlıq göstərərək Vətənə qayıtmışlar.
Həmçinin, Prezident İlham Əliyev tərəfindən 1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinin keçirilməsi üçün sərəncam imzalanmışdır. Bununla əlaqədar Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanmışdır və həyata keçirilir. İcra başçısı bildirmişdir ki, tədbirlər planına uyğun olaraq rayon icra hakimiyyətinin ərazi dairələri üzrə icra nümayəndəlikləri veteranlar təşkilatı ilə birlikdə il ərzində tədbirlər keçirmiş, vəfat etmiş müharibə veteranlarının məzarları ziyarət edilmiş, üstü təmizlənmişdir. Ağsu rayon Mərkəzləşmiş kitabxana sistemində və Tarix Diyarşünaslıq muzeyində qələbənin 65 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunmuşdur. Rayonun təhsil müəssislərəində 20 saatlıq proqram həcmində 1941-1945-ci illər müharibəsinin ayrı-ayrı mərhələlərini, qələbəni əks etdirən məşğələlər təşkil edilmişdir.
Rayon mərkəzi xəstəxanası tərəfindən 1941-1945-ci illər müharibəsi veteranlarının, əllilərinin, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallrla təltif edilmiş şəxslərin stasionar və ambulator müalicəsi, dərman preparatları ilə təmin edilməsini həyata keçirilmişdir. Rayon mərkəzində fəaliyyət göstərən veteranlar klubunda mədəni - kütləvi tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradılmışdır. Belə ki, bütün gün ərzində veteranlarımıza fasiləsiz olraq pulsuz xidmət göstərilir.
Rayon hərbi komissarı Nazir Hüseynov çıxış edərək 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarını salamladı və onları Qələbənin 65-illiyi münasibətilə təbrik etydi.
Tədbir "Qəhrəmanlar kompleksi"ndə Böyük Vətən müharibəsinin, torpaqlarımızın azadlığı uğrunda həlak olan həmyerlilərimizin adidələri önünə əklil və tər gül-çıçək dəstələrinin qoyulması ilə davam etdirildi. Rayonun Böyük Vətən müharibəsi iştirakçılarına "Şirvan" şadlıq sarayında ziyafət verildi. Ziyafətdə rayonun Mədəniyyət və Turizm şöbəsinin musiqi kollektivinin iştirakı ilə konsert verildi. Tədbirin sonunda rayonun Böyük Vətən müharibəsinin iştirakçısı olan 49 nəfərin hər birinə "Qələbənin 65 illiyi" yubiley medalı və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və Milli Məclisin deputatı Ərəstun Cavadov tərəfindən 50 (əlli) manat pul verildi.
{nl}
İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.