Rusiyalı qonaqlara Azərbaycanda gənclər və idman sahəsində aparılan islahatlar barədə məlumat verilmişdir

Rusiya Gənclərinin İctimai Palatasının nümayəndələri Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdədirlər.
İyulun 20-də qonaqlar Gənclər və İdman Nazirliyində olmuşlar. Görüşdə gənclər və idman nazirinin müavini İntiqam Babayev qurumun fəaliyyəti haqqında qonaqlara məlumat verərək bildirmişdir ki, ölkəmizdə həm gənclər, həm də idman sahəsində mühüm islahatlar aparılır.
Nazir müavini Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələrdən danışmışdır. Qonaqlara inşa ediləcək Gənclər Mərkəzi və yaradılacaq Gənclər Fondu, hər il xaricdə təhsil alan azərbaycanlı tələbələrin forumunun yüksək səviyyədə təşkil olunması və xarici ölkələrdə "Mən Azərbaycan haqqında nə bilirəm?!" inşa müsabiqəsinin keçirildiyi barədə məlumat verilmişdir. İ.Babayev rusiyalı gənclərlə sıx əməkdaşlığı razılıqla vurğulamışdır.
Qonaqlar görüşə görə minnətdarlıq etmiş, belə səfərlərin gələcəkdə iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirmişlər.
Artıq beşinci ildir ki, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya gənclərinin ölkəmizə səfəri təşkil olunur. Səfərin məqsədi gənclərin Azərbaycan haqqında məlumatlarının artırılması, birgə əməkdaşlığın daha da möhkəmləndirilməsidir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında