Qəbələdə "Gəncliyin inkişafında müasir medianın rolu" mövzusunda tədbir keçirilmişdir

İyulun 20-də Qəbələdəki "Qafqaz Resorte" otelində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə "Gəncliyin inkişafında müasir medianın rolu" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə YAP Gənclər Birliyinin Qəbələdə keçirdiyi yay məktəbinin 50-yə yaxın iştirakçısı, müxtəlif KİV-lərin rəhbərləri, rayon icra hakimiyyətinin nümayəndələri iştirak etmişlər.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatı Asəf Hacıyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, Milli.az xəbər portalının baş redaktoru Anar İmanov tədbirdə çıxış edərək ölkədə gənclərin problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərildiyini, gənclər siyasəti ilə bağlı xüsusi dövlət proqramlarının qəbul olunduğunu bildirmişlər.
Çıxışlarda milli mətbuatımızın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, bugünkü uğurlarından, ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə göstərdiyi diqqət və qayğıdan, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatının daha da inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının yaradılması və bu qurumların jurnalistlərin problemlərinin həllinə xidmət sahəsində fəaliyyətinin genişləndirilməsi üçün zəruri hüquqi bazanın formalaşması dövlətin KİV-lərin inkişafını demokratiyanın əsas şərtlərindən biri hesab etməsinin əyani təzahürü kimi qiymətləndirilmişdir. Tədbirdə gənclərin inkişafında mühüm rol oynayan müasir medianın rolundan, qəzet, internet və televiziya jurnalistikasından, gənclərin bu sahəyə marağından, həmçinin gənc nəslin internetdəki sosial şəbəkələrdə ölkəmizin maraqlarını əks etdirən təbliğat xarakterli materialların yayılmasındakı rolundan danışılmışdır.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında