Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri RF Prezidenti yanında Elm, Texnologiyalar və Təhsil Şurasının üzvü olmuşdur

Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovar RF Prezidenti yanında Elm, Texnologiyalar və Təhsil Şurasının üzvü olmuşdur.
Elm, Texnologiyalar və Təhsil Şurası Rusiya Prezidenti yanında məsləhət orqanı olub, elm, texnologiyalar və təhsil sahəsində vəziyyət, onun elmi qurumlar və təhsil müəssisələri, elm və təhsil xadimləri ilə qarşılıqlı əlaqələri barədə dövlətin başçısını məlumatlandırmaq, dövlət elm-texnika və innovasiya siyasətinin, təhsil sahəsində dövlət siyasətinin aktual məsələlərinə dair RF Prezidenti üçün təkliflər hazırlamaq məqsədi ilə yaradılmışdır.
Şura RF-nin elm və texnologiyalar sahəsində dövlət mükafatlarına, habelə gənc alimlərin elm və innovasiyalar sahəsində RF Prezidenti mükafatlarına təqdimatların qəbulunu və ekspertizasını təşkil edir, həmin mükafatların verilməsinə dair məsələləri müzakirə edir və müvafiq təklifləri Rusiya Prezidentinə təqdim edir.
Yefim Pivovar 1949-cu il dekabrın 15-də Moskvada anadan olmuşdur. O, tarix elmləri doktoru (1987-ci il), professor (1989-cu il), RDHU-nun rektoru (2006-cı ildən), RDHU postsovet xarici ölkələr kafedrasının müdiri, M.V.Lomonosov adına MDU-nun yaxın xarici ölkələrin tarixi kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2008-ci ildən), RDHU Elmi Şurasının sədri, universitetin tarix elmləri üzrə Dissertasiya Şurasının sədridir.

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında