Din və ictimai təhlükəsizliyin aktual problemləri

AMEA İnsan Hüquqları İnstitutunda "Din və ictimai təhlükəsizliyin aktual problemləri" mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan institutun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayeva bu cür tədbirlərin əhəmiyyətini vurğulamışdır. Onun sözlərinə görə din ilə bağlı məsələlər, əsas insan hüquqlarından biri olan sərbəst düşüncə, vicdan və din azadlığı hüququ (İnsan hüquqları üzrə Avropa Konvensiyasının 9-cu maddəsi) hər bir cəmiyyətdə, o cümlədən də müasir qloballaşan dünyada daim diqqət mərkəzindədir.
Qeyd etmək lazımdır ki, din və ictimai təhlükəsizlik mövzusu respublika hökumətinin, Heydər Əliyev Fondunun fəaliyyətində də önəmli yer tutur. Fondun həyata keçirdiyi kompleks beynəlxalq tədbirlərdə vurğulanır ki, müstəqil Azərbaycan dini tolerantlıq baxımından bütün dünyaya örnək ola bilər.
Tədbirdə AMEA İnsan Hüquqları İnstitutunun şöbə müdiri, islamşünas alim Əsədulla Qurbanov "Din və ictimai təhlükəsizliyin aktual məsələləri" mövzusunda məruzə edərək bildirmişdir ki, müstəqil Azərbaycanda dinşünaslıq elminin inkişafı bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər bu istiqamətdə bir sıra hüquqi dövlət aktlarına imza atmış, sözügedən sahədə elmin inkişaf perspektivlərini müəyyənləşdirmiş və qarşıya bir sıra məsul vəzifələr qoymuşdur.
Milli Məclisin deputatları Yaqub Mahmudov, Gövhər Baxşəliyeva, akademik Vasim Məmmədəliyev, müsəlman, rus, yəhudi icmalarının nümayəndələri çıxışlarında dini təhlükəsizliyin hüquqi aspektlərinə toxunmuşlar. Bildirmişlər ki, hər bir problemin müsbət həllinin elmi, siyasi və hüquqi əsasları var. Burada daha çox hüquqi aspekt ön plana çəkilməlidir. Məruzəçilər müzakirə olunan məsələ ilə bağlı mülahizələrini bildirmiş, konkret təkliflər irəli sürmüşlər.
Daha sonra konfransda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Elman Qurbanov "Beynəlxalq terrorçuluğun ifşasında dinin rolu" mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, hazırkı qloballaşma əsrində beynəlxalq terrorçuluq ən dəhşətli sosial bəlalardan birinə çevrilmişdir. Terrorçuluğun dini mənsubiyyəti yoxdur. Ona görə də müasir dövrün intellektual potensialına malik olan hər bir şəxs milli, irqi, sosial və dil mənsubiyyətindən asılı olmayaraq, transmilli xarakter alan bu sosial bəlaya qarşı kəskin mübarizə aparmalıdır. Məruzəçi həmçinin Azərbaycanda terrorçuluğa qarşı aparılan konkret tədbirlərdən ətraflı bəhs etmişdir.
Konfransa İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva yekun vurmuşdur. Din və ictimai təhlükəsizlik sahəsində həyata keciriləcək tədbirlərlə bağlı tövsiyələr qəbul olunmuşdur.{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında