Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyə parlamentinin spikeri ilə görüşmüşdür

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Diyanət İşləri Başkanlığının dəvəti ilə Ankarada səfərdədir.
Səfər çərçivəsində Allahşükür Paşazadə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşmüşdür.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Cəmil Çiçəyi Türkiyə parlamentinin spikeri seçilməsi münasibətilə təbrik etmiş, gələcək fəaliyyətində uğurlar diləmişdir. Türkiyə Böyük Millət Məclisinin sədrinə Bakının mənzərəsi olan tablo hədiyyə edilmişdir.
Mətbuat üçün qapalı davam edən görüşdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Azərbaycan Milli Məclisinin deputatları Fəttah Heydərov, Hüseynbala Mirələmov və digər rəsmi şəxslər iştirak etmişlər.{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında