Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Coğrafi İnformasiya Sisteminin yaradılması ilə bağlı işlər görülür

İyulun 19-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) "Coğrafi informasiya məkanı" mövzusunda seminar keçirilmişdir.
Komitənin sədri Qərib Məmmədov bildirmişdir ki, 2009-cu ildə Koreya Respublikası ilə Azərbaycan arasında kadastr sisteminin təkmilləşdirilməsi məqsədi ilə müqavilə imzalanmışdır. Koreya bunun üçün Azərbaycana 1 milyon 500 min dollar vəsait ayırmışdır. Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi DTXK ilə birgə "Azərbaycanda kadastr sisteminin təkmilləşdirilməsi" layihəsini reallaşdırmışdır. Layihənin ilkin mərhələsi Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində 10 kvadratkilometr sahəni əhatə etmişdir. Eyni zamanda, layihə çərçivəsində 30-a yaxın azərbaycanlı mütəxəssis Koreyada təcrübə keçmişdir.
Layihənin davamının Xəzər rayonunun bütün ərazisini əhatə etməsi üçün Koreya tərəfi ilə danışıqlar aparılmış, ilkin razılıq əldə olunmuşdur.
Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ji Han Azərbaycan ilə bu sahədə əməkdaşlıq etməkdən və öz təcrübələrini bölüşməkdən məmnun olduqlarını bildirmişdir.
Tədbirdə vurğulanmışdır ki, elmi informasiya axınının durmadan artdığı bir dövrdə ənənəvi üsullarla qanunauyğunluqların tapılması, əldə edilən məlumatların sistemləşdirilməsi və onlardan istifadədə optimal qərarların qəbul olunması getdikcə çətinləşir.
Torpaqların tədqiqatı, idarə və istifadə edilməsi sahəsində müasir dövrün tələblərinə cavab verən yüksək nəticələr əldə etmək üçün yeni bir informasiya sisteminin yaradılması zərurəti yaranmışdır. Bunun üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Coğrafi İnformasiya Sisteminin yaradılması ilə bağlı işlər görülür.
Vurğulanmışdır ki, bu sistemdən hərbi işin təşkili, hüquq mühafizə xidmətləri, kartoqrafiya, kadastr və digər müxtəlif sahələr üçün də istifadə etmək mümkündür.
Tədbirdə, həmçinin Koreyanın kosmik informasiya siyasətinin və kadastr informasiya sisteminin təqdimatları olmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında