Media və qaçqın-köçkünlər

Azərbaycan Mətbuat Şurasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın Rayon İcra Hakimiyyətində keçirdiyi konfransda Dağlıq Qarabağ münaqişəsinin ən ağır nəticələrindən olan doğma yurdlarından vəhşiliklə qovulmuş soydaşlarımızın problemləri və onun həllində ölkə mediasının fəal iştirakı məsələləri diqqət mərkəzində oldu.
Taxtakörpü qəsəbəsində keçirilən məclisi giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov respublikanın mərkəzi kütləvi informasiya vasitələrinin, işğal olunmuş rayonların qəzetlərinin və Dövlətqaçqınkomun təmsilçilərini salamlayaraq, məcburi köçkünlər mövzusunu medianın diqqətinə iri planda çıxartdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirdi. Başçı ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə qaçqın və köçkünlərin köklü problemlərinin qısa müddətdə həllindən, Prezident İlham Əliyevin bu himayədarlığı yüksək səviyyədə davam etdirməsindən və Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı qətiyyətli siyasətindən ətraflı söz açdı.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, Qarabağ münaqişəsi başlanan gündən jurnalistlərimiz xalqımızın dönməz mübarizəsinin önündədirlər. Torpaqlarımız işğaldan azad edilənədək, qaçqın və köçkünlər dədə-baba torpaqlarına qayıdanadək ölkəmizin bu taleyüklü problemi kütləvi informasiya vasitələrinin daimi mövzusu olaraq qalacaq. Məcburi köçkünlərin ağrı-acıları, çətinlikləri, münaqişənin həllində xalqımızın güc və iradəsinin səfərbər olunması, erməni yalan və fitnələrinin ifşa edilməsi, xalqımızın qələbəsi üçün əlverişli informasiya dəstəyi yaradılması bu gün mediamızın da baş məqsədidir.
Dövlətqaçqınkomun idarə rəisi Sənan Hüseynov təmsil etdiyi qurumun uğurlu fəaliyyətinə KİV-in səmərəli köməyindən söz açdı, faydalı əməkdaşlıqla bağlı mülahizələrini söylədi.
Milli jurnalistika günü ərəfəsində keçirilən konfransda "Laçın" rayon qəzetinin 80 illik yubileyi ilə bağlı təbriklər və xoş arzular da səsləndi. "Laçın" qəzetinin kollektivinə mükafat və hədiyyələr verildi.
Dağlıq Qarabağ münaqişəsi və qaçqın-köçkünlərin problemlərini geniş işıqlandırdıqlarına görə məclisdə Azərbaycan Mətbuat Şurasının və Dövlətqaçqınkomun xüsusi diplomu ilə təltif olunan "Xalq qəzeti"nin, "Azərbaycan", "İki sahil", "Səs", "Olaylar", "Paralel", "Zaman", "Bakı-xəbər", "Ədalət" qəzetlərinin, "525-ci qəzet"in təmsilçiləri bundan sonra da bu ağrılı mövzunu diqqətdə saxlayacaqlarını bildirdilər.
Mərkəzi KİV-in Qarabağ bölgəsi üzrə müxbirlərinə Laçın Rayon İcra Hakimiyyətinin fəxri fərmanları verildi. İşğal olunmuş rayonların qəzet redaktorlarına pul mükafatı təqdim olundu.
Konfransda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuların KİV-də yüksək peşəkarlıqla işıqlandırılması ilə bağlı dəyərli mülahizələr səsləndi, müvafiq qurumların səylərinin əlaqələndirilməsi lüzumu vurğulandı.{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında