"Vətəni tanı" ümumrespublika kampaniyasının növbəti seçim turu Şamaxı, Ağsu və Qobustanda keçirilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının "Vətəni tanı" ümumrespublika kampaniyası öz seçim turlarını davam etdirir. Kampaniya çərçivəsində gənclərimiz arasında ərazi bütövlüyümüzün tanıdılması, vətənpərvərlik ruhunun aşılanması, Azərbaycan xəritəsinin daha da dərindən mənimsənilməsi kimi vəzifələr əsas məqsəd daşıyır.
Kampaniyanın bu dəfəki seçim turu da artıq yekunlaşıb. Şamaxı rayonunda baş tutan seçim turunun açılış mərasimində Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, layihə bütün Azərbaycanı əhatə etməyi qarşısına məqsəd qoyub. Biz çalışırıq ki, ölkəmizin ərazi bütövlüyünü dünya ictimaiyyətinə çatdıraq.
150 gəncin iştirakı ilə keçirilən yarışmalarda sonda hər rayon üzrə bir nəfər elektron, bir nəfər isə (puzzle) pazl formasında hazırlanmış xəritəni ən tez yığaraq respublika turuna vəsiqə qazanıblar.
Sonra işçi qrupu Ağsu rayonunda olub. Ağsu şəhəri 1 saylı orta məktəbdə baş tutan yarışma gənclərdə böyük maraq doğurub. Rayonda səfərdə olan Milli Şuranın mətbuat katibi, işçi qrupunun rəhbəri Orxan Əli ağsulu gəncləri kampaniyanın məqsədi barədə məlumatlandırıb. Rayon məktəblərindən olan 150 gənc "Vətəni tanı" kampaniyasının iştirakçısı olub. Gənclər arasında kiçik sorğu keçirən işçi qrupunun üzvləri öyrəniblər ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən bu genişmiqyaslı kampaniya gənclər tərəfindən dəstəklənir. Ağsu rayonunda da 2 gənc respublika turuna vəsiqə qazanıb .
Qobustan şəhər 1 saylı orta məktəbdə baş tutan rayon turunu Milli Şuranın üzvləri Bəxtiyar Rəhimov və Vüsal Kazımov həyata keçirib. Kampaniyanın məqsədi barədə gənclərə məlumat verilib. Daha sonra məktəblilər həm keçməcə variantında, həm də kampaniyanın rəsmi saytında Azərbaycanın xəritəsini yığıblar. Bu seçim turunda da 2 gənc respublika turuna vəsiqə qazanıb.
Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders dəstək verir.{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında