Türkiyəli jurnalistlərlə görüşdə aktual məsələlər müzakirə olunmuşdur

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Türkiyənin ölkəmizdə səfərdə olan media təmsilçiləri ilə görüş keçirilmişdir.
SAM-dan bildirmişlər ki, qardaş ölkənin "Radikal", "Hürriyyət", "Hurriyyət Daily News", "Todays Zaman", "Zaman" və "Star" kimi nüfuzlu qəzetlərinin nümayəndələrinin qatıldıqları "dəyirmi masa"da qonaqlara mərkəzin fəaliyyəti - nəşr edilmiş elmi jurnallar, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verilmişdir.
Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən son danışıqlar prosesi, Türkiyədəki son terror aktlarına KİV-in yanaşması, hər iki dövlətdə medianın durumu, birgə layihələr və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Elsevər Salmanov türkiyəli jurnalistlərin Azərbaycana səfərlərinin məqsədinin ölkəmizlə bağlı Türkiyə mediasındakı boşluğun aradan qaldırılması, daha çox informasiya mübadiləsi və qarşılıqlı əlaqələrinin daha da genişlənməsi olduğunu bildirmişdir.
Ölkəmizdə səfərdə olan jurnalistlər bildirmişlər ki, Türkiyə və Azərbaycan qardaş dövlətlər olduqlarından istənilən siyasi proseslərdə bir-birilərinə dəstək verməli, iki ölkə arasındakı siyasi münasibətlərə "Bir millət, iki dövlət" prinsipini önə çəkərək, qarşılıqlı maraqlara zidd ola biləcək addımların atılmasına yol verməməlidirlər. Bunun üçün isə ilkin mənbədən məlumatın alınması, qarşılıqlı təcrübə mübadiləsinin daha intensiv olmasının labüdlüyü vurğulanmışdır.
Görüşdə regional və beynəlxalq məsələlər, bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında