Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyədə səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Diyanət İşləri Başkanlığının dəvəti ilə Ankaraya səfərə gəlmişdir. Nümayəndə heyətinə Milli Məclisin deputatları, QMİ-nin rəhbərliyi daxildirlər.
İyulun 19-da şeyxülislam Allahşükür Paşazadənin Türkiyənin diyanət işləri başkanı Məhmət Görməzlə görüşü olmuşdur.
Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və diyanət işləri başkanı seçilməsi münasibətilə təbriklərini Məhmət Görməzə çatdırmış, onu ölkəmizə səfərə dəvət etmişdir. Şeyxülislam vurğulamışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi kimi "Bir millət, iki dövlət" olan ölkələrimizin rəhbərləri arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasına şərait yaratmışdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri 13 türk əsgərinin terrorçularla döyüşdə həlak olmasından kədərləndiyini bildirmiş, ailələrinə başsağlığı vermişdir. Türkiyənin ölkəmizə hər zaman verdiyi dəstəyə görə təşəkkürünü bildirən Allahşükür Paşazadə vurğulamışdır ki, qardaş ölkələrimizin din xadimləri istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, istərsə də terrorla mübarizəyə daha çox kömək etmək üçün səylərini artırmalıdırlar.
Azərbaycanın dini rəhbərini salamlayan Məhmət Görməz bildirmişdir ki, Türkiyə Azərbaycan, habelə Rusiya və Qafqazdakı müsəlman qardaşları ilə əlaqələrin güclənməsinə xüsusi əhəmiyyət verir. Onun sözlərinə görə, müştərək dil, din, tarix və mədəniyyəti olan Azərbaycan və Türkiyə arasında əlaqələr ilk növbədə mənəvi əsaslar üzərində qurulmuşdur.
Şeyxülislam Allahşükür Paşazadənin səfərinin ölkələrimiz arasında mənəvi əlaqələrdə yeni bir səhifə açacağını diqqətə çatdıran Məhmət Görməz demişdir ki, Azərbaycan və Türkiyənin din xadimləri bölgədə mövcud olan problemlərin həllində daha fəal iştirak edə bilər.
Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iştirak etmişdir.
Şeyxülislam Allahşükür Paşazadənin Türkiyəyə səfəri davam edir. Səfər çərçivəsində Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ, İstanbul müftisi Mustafa Çağrıcı ilə görüşlər keçiriləcəkdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədrini Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanın da qəbul edəcəyi gözlənilir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında