Naxçıvan MR Ali Məclisində görüş (iyulun 19-da)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iyulun 19-da Hindistanın ölkəmizdəki səfiri Debnat Şou ilə görüşmüşdür.Ali Məclisin sədri Vasif Talıbov Azərbaycan ilə Hindistan arasında mədəni əlaqələrin olduğunu və bunların daha da genişləndirilməsi üçün real imkanların mövcudluğunu bildirmişdir.
Ali Məclisin sədri Hindistanın dünya mədəniyyətinə mühüm töhfələr verdiyini, Böyük İpək Yolu üstündə yerləşən ölkələrimiz arasında münasibətlərin qədim tarixi köklərə malik olduğunu xatırlatmış, dünyanın klassik 7 möcüzəsindən biri olan "Tac Mahal"ın Təbrizdən olan azərbaycanlı memar tərəfindən inşasını tarixi-mədəni əlaqələrin daha bir göstəricisi kimi səciyyələndirmişdir.
Səmimi görüşə görə minnətdarlıq edən səfir Debnat Şou ilk dəfə Naxçıvana 2009-cu ildə muxtar respublikanın 85 illik yubileyi zamanı gəldiyini xatırlatmış, diyarın qədim və zəngin mədəniyyətinin, tarixinin, müasir inkişafının onda xoş təəssürat yaratdığını bildirmiş, ona görə də Azərbaycanın bu gözəl guşəsinə növbəti dəfə gəlməyi qərara aldığını vurğulamışdır.
Səfir ikigünlük səfəri çərçivəsində muxtar respublikanın görməli yerləri ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında