Onların həyat yolu gənclərə nümunədir

Faşist Almaniyası üzərində Böyük Qələbənin 65 illiyi Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin çoxsaylı üzvləri tərəfindən ruh yüksəkliyi ilə qeyd edilmişdir. Cəmiyyətin Bakıxanov qəsəbəsindəki 1 saylı Birləşmiş Məktəbində baş tutan mərasimdə uzun illər burada çalışmış və Böyük Vətən müharibəsində iştirak etmiş otuza yaxın müharibə veteranı iştirak etmişdir.
Veteranlar ilk öncə gənclik illərini yada salaraq pnevmatik tüfəngdən atəş açmaqda bir-birilərini sınağa çəkmişlər. Hədəfi daha sərrast və dəqiq nişan alan səksən yaşlı veteran polkovnik Şamil Axundov rəqiblərini geridə qoyaraq birinci olmuşdur.
Mərasimin unudulmaz anlarından biri də əsgər mətbəxində bişirilən ləziz yeməklərlə bəzədilmiş süfrə idi. Uzun illər ordu həyatından ayrılmış insanlar üçün əsl nostalji hisslər oyadan mis parçlar, əsgər fincanları veteranları o kövrək illərə qaytarmışdı. Təəccüblü deyil ki, uzun illər Şərqi Almaniyada Sovet hərbi diviziyası komandirinin müavini işləmiş səksən beş yaşlı istefada olan polkovnik Çərkəz Abdullayev o çətin illəri və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətindəki fəaliyyətini xatırlayarkən göz yaşlarını saxlaya bilmədi.
Tədbirdə çıxış edən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublikası Şurasnın sədri, general-mayor Novruzəli Orucov alman faşizmi üzərində cahanşümül qələbədə Azərbaycan xalqının igid oğullarının, Bakı neftçilərinin qəhrəmanlığını xüsusilə qeyd etdi və əmin olduğunu bildirdi ki, veteranların ibrətamiz həyat yolu gənclərimiz üçün həmişə örnək olacaq, düşmən tapdağı altında inləyən Qarabağ torpaqlarının işğaldan azad edilməsində əsl stimul olacaqdır.
Çıxış edənlərdən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Qəzənfər Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev veteranları Qələbənin 65 illiyi münasibətilə tədrik etdilər.
Mərasimin sonunda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmyyəti Respublika Şurasının adından veteranlara pul və qiymətli hədiyyələr verildi.

{nl}

İ.NİZAMİOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında