Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutusu"ndakı məlumatların şifrini ICAO açacaq

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutusu" amerikalı hərbçilər tərəfindən tapılıb və şifrini açmaq üçün ən yaxın zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) ofisinə çatdırılacaq. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirmişdir.
Amerikalı hərbçilərin tapdıqları "qara qutu" artıq Əfqanıstanın Nəqliyyat Nazirliyinə verilib.
Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvünün meyitini hələlik qəza yerindən götürmək mümkün olmayıb.
"Yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşlarıdır. Bütün ekipaj üzvləri həlak olub", - deyə səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən bildirmişdir.
Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.
Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə buraxılmışdır və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında