Son illər ölkəmizdə görülmüş quruculuq işləri, respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə ən böyük ehtiramdır

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) toplantısı keçirilmişdir. Yığıncaqda AAŞ-nin Rəyasət Heyəti və Məclis üzvləri, Bakı rayonlarının ağsaqqalları və digər ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
AAŞ-nin sədri akademik B.Budaqov, sədrin birinci müavini, professor Əli Həsənov, müavinlər - Milli Məclisin deputatı Fəttah Heydərov, iş adamı Bayram Yusifov, Rəyasət Heyətinin üzvləri akademik Vasim Məmmədəliyev, Rəhim Hüseynov, Akif Kərimov və başqaları çıxış etmişlər.
Toplantıda çıxış edənlər ümummilli lider, fenomen şəxsiyyət Heydər Əliyevin ömür yolundan, onun Azərbaycan dövlətinin formalaşması, dünya miqyasında tanınması sahəsində misilsiz xidmətlərindən, ümummilli lider ilə görüşlərindən danışmış, bu dahi şəxsiyyət barədə xatirələrindən söz açmışlar. Onlar dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildən başlayaraq müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu siyasət barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, son illər ölkəmizdə görülmüş və müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafı, xalqımızın rifahının yüksəldilməsi istiqamətində həyata keçirilmiş genişmiqyaslı tədbirlər Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən böyük ehtiramdır.
Sonra AAŞ-nin İcra Aparatının rəhbəri Famil Gözəlov "Xalqımıza qarşı törədilmiş soyqırımı və deportasiyalara Heydər Əliyev baxışı" mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında çıxış edənlər ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətdən, Qarabağ probleminin tezliklə həll olunması istiqamətində səylərindən, ağsaqqalların qarşısında duran əsas məsələlərdən söhbət açmışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında