O.BİLORUS: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli digər dondurulmuş münaqişələrin həllinə yol açacaqdır

Bütün Avropanın diqqət yetirdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli digər dondurulmuş münaqişələrin həllinə yol açacaqdır. 
Bu sözləri ATƏT Parlament Assambleyasının sədr müavini Oleh Bilorus demişdir.
O.Bilorus bildirmişdir ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, problemi ədalətli şəkildə həll etmək istəyən bütün ölkələrin səylərini birləşdirməyə yaxındır.
ATƏT Parlament Assambleyası sədrinin müavini qurumun Belqradda keçirilən 20-ci yubiley sessiyasında da Dağlıq Qarabağ probleminin həlli ən çox müzakirə edilən məsələ olduğunu vurğulamışdır.
ATƏT-in diqqətdə saxladığı mühüm məsələlərdən biri də insan amili, insan hüquqlarının qorunması məsələsidir, - deyən O.Bilorus bildirmişdir ki, bunun üçün dondurulmuş münaqişələr həll olunmalı, regional təhlükəsizlik təmin edilməlidir.
ATƏT Parlament Assambleyasının sədr müavini demişdir: "Mən Azərbaycanda olmuşam. Dağlıq Qarabağdan qaçqın düşən minlərlə azərbaycanlının necə iztirab çəkdiyini gözlərimlə görmüşəm. Ədalət həmin insanların öz yurdlarına, normal həyat şəraitinə dönmələrini tələb edir. Düşünürəm, ATƏT Parlament Assambleyasının və quruma üzv ölkələrin rəhbərləri bu münaqişənin həllinin nə qədər vacib olduğunu başa düşür. Ümidvaram ki, münaqişənin həlli istiqamətində yeni addımların atılması üçün nə lazımdırsa ediləcəkdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında