Qəbələdə keçirilən pianoçuların II Beynəlxalq müsabiqəsinin finalçıları məlum olmuşdur

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində, iyulun 18-də pianoçuların II Beynəlxalq müsabiqəsinin ikinci turu başa çatmışdır.
Qəbələ şəhərindəki "Qafqaz Resorte" otelində keçirilmiş müsabiqənin ikinci turunda 7 ölkədən 11 pianoçu finala çıxmaq uğrunda mübarizə aparmışdır.
İki gün davam edən bu turda gənc pianoçuların hər biri ümumilikdə 50 dəqiqə ərzində 4 əsər ifa etmişdir.
Onlar L.V.Bethovenin sonatasını, F.Listin etüdünü, Tofiq Quliyevin "Qaytağı" əsərini, eləcə də öz seçimləri ilə İ.Brams, R.Şuman və ya S.Raxmaninovun bir romantik əsərini səsləndirmişlər.
Sonda amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın rəhbərlik etdiyi 11 nəfərdən ibarət münsiflər heyətinin ikinci turla bağlı yekun qərarı açıqlanmışdır.
Andrey Yaroşinski (Rusiya), Nərgiz Kəngərli (Azərbaycan), Mizuho Nakada (Yaponiya), Ketevan Cakarataşvili, Aleksandr Vaşadze, Anna Kipiani (Gürcüstan), Aleksandr Samoilov (Ukrayna) uğurla çıxış edərək finalda iştirak etmək hüququ qazanmışlar.
Daniel Kontuaşvili (Gürcüstan), Abdiel Yarquez (Meksika), Fatimə Əliyeva (Rusiya-Azərbaycan) və Eren Aydoğan (Türkiyə) müsabiqəni tərk etməli olmuşlar.
Finala vəsiqə qazanmış 7 pianoçu iyulun 21-22-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə konsert verəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında