Müharibə veteranlarına "Tavriya" markalı minik avtomobillərinin təqdimat mərasimi

Naxçıvan Muxtar Respublikamızda 10 nəfər müharibə iştirakçısına və əlilə "Tavriya" markalı minik avtomobilləri verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təqdimat mərasimində müharibə iştirakçılarını Qələbənin 65 illiyi münasibətilə təbrik edərək demişdir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.
Qələbənin 65 illiyu münasibətilə Azərbaycanda həyata keçirilən tədbirlər bütün MDB məkanında nümunə kimi göstərilir. Bu gün veteranlarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Belə tədbirlər gələcəkdə də davam etdiriləcəkdir. Ona görə ki, müharibə veteranları indiki və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi, məktəbidirlər".
V.Talıbov müharibə veteranlarına uzun ömür, cansağlığı arzulamışdır.
Ali Məclisin sədri "Tavriya" markalı minik avtomobillərinin açarlarını müharibə veteranlarına təqdim etmişdir.
Veteranlar onlara göstərilən yüksək diqqət və qayğıya görə, müharibə iştirakçıları və əlillər adından dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında