Yeni Azərbaycan Partiyasının qərargahında 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistlərin mükafatlandırılması mərasimi keçirilmişdir

İyulun 18-də Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 136-cı ildönümü münasibətilə jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov qarşıdan gələn 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etmişdir.
Əli Əhmədov bildirib ki, bu gün kütləvi informasiya vasitələri cəmiyyət həyatında xüsusi yer tutur. Mətbuatın cəmiyyətin informasiya ehtiyacının ödənilməsi baxımından vacib rol oynadığını vurğulayan YAP sədrinin müavini qeyd edib ki, KİV cəmiyyətin səmərəli fəaliyyət göstərməsində də əhəmiyyətli funksiyaya malikdir.
Son illər Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir. "Bu gün Azərbaycan sürətlə yeniləşir, müasirləşir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasətin uğurları ölkəmizin bütün guşələrində müşahidə olunmaqdadır. Azərbaycanın dinamik inkişafı hər bir vətəndaşın həyatında hiss edilir. Dövlətimizin başlıca məqsədlərindən biri də budur ki, Azərbaycanın hər bir vətəndaşı daha yaxşı yaşasın, sosial rifahı daha da yüksəlsin. Təbii ki, bütün bunlar Azərbaycan reallıqlarıdır və mətbuatımız bu reallıqları obyektiv, qərəzsiz şəkildə ictimaiyyətə çatdırmalıdır".
Azərbaycan dövlətinin mətbuatın inkişafına da xüsusi diqqət göstərdiyini vurğulayan Əli Əhmədovun sözlərinə görə, bu, bir tərəfdən həmin sahəyə qayğının göstəricisidirsə, digər tərəfdən də demokratik dəyərlərin cəmiyyətimizdə daha da dərinləşməsi istiqamətində atılan addımdır. Yeni Azərbaycan Partiyası kütləvi informasiya vasitələri ilə əlaqələrə böyük önəm verir. Mətbuat YAP-ı özünün dostu hesab edə bilər: "YAP ölkəmizin ən aparıcı siyasi qüvvəsidir və böyük ictimai dəstəyə malikdir. Bu gün artıq partiyamızın üzvlərinin sayı 550 min nəfərə yaxındır. YAP-ın qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə çatdırılmasıdır. Biz mətbuatla əlaqələrimizə xüsusi diqqət yetiririk. Milli Mətbuat Günü ilə bağlı keçirdiyimiz görüşlər isə artıq ənənəyə çevrilib".
Daha sonra YAP sədrinin müavini Əli Əhmədov KİV nümayəndələrinə mükafatlar təqdim etmişdir.
Tədbirdə YAP icra katibinin müavini Siyavuş Novruzov iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında