Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasında əsaslı təmir işləri aparılmışdır

Naxçıvan Muxtar Respublikasında hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və müasirləşdirilməsi, əməkdaşlar üçün normal iş şəraitinin yaradılması, o cümlədən əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır. 
İyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Daxili İşlər Nazirliyinin əsaslı təmir olunan inzibati binasına baxmışdır.
Məlumat verilmişdir ki, nazirliyin inzibati binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. İş və xidməti otaqlarda əsaslı təmir işləri aparılmış, qapılar dəyişdirilmiş, otaqlara müasir mebel avadanlıqları və kompyuter dəstləri qoyulmuşdur. Kitabxanada, iclas və müşavirə zalında, kriminalistik tədqiqatlar laboratoriyasında ən yüksək şərait yaradılmışdır. Binanın pilləkənlərinə, dəhlizinə travertin döşənmiş, müasir işıqlandırma və istilik sistemi quraşdırılmışdır.
Əsaslı təmir işləri "Dizayn" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keyfiyyətlə həyata keçirilmişdir.
Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin müxtəlif prospekt və küçələrində avtomobillərin normal hərəkəti, eləcə də təhlükəsizliyi pozmağa cəhd edən şəxslər barədə dərhal məlumat alınması məqsədilə 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Təhlükəsizlik və Hərəkətin İdarə Edilməsi Mərkəzi yaradılmışdır.
Ali Məclisin sədri mərkəzin fəaliyyəti ilə maraqlanmış, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
İnzibati binanın həyətində də geniş abadlıq işləri aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında