Rumınlarla görüş

Səbail Rayon İcra Hakimiyyətində Azərbaycanda səfərdə olan Buxarest şəhərinin ikinci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası sədrinin müavini Nekulay Ontsanunun rəhbərlik etdiyi hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti ilə görüş keçirilmişdir. 
Qonaqları salamlayan rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov 2006-cı ildə Nekulay Ontsanunun Səbail rayonunun fəxri vətəndaşı seçildiyini diqqətə çatdırmış, Buxarestdəki "Tey" parkına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi və burada ulu öndərin büstünün ucaldılmasına görə Rumıniya dövlətinə və xalqına təşəkkürünü bildirmişdir.
A.Əsgərov qonaqlara rayon ərazisində aparılan abadlıq işləri barədə də məlumat verərək qeyd etmişdir ki, son vaxtlar rayondakı bütün teatr, muzey və mədəniyyət evləri, parklar dövlət tərəfindən əsaslı təmir olunmuşdur. Hazırda Dövlət Bayrağı Meydanından şəhərin mərkəzi istiqamətinə yeni yol çəkilir.
Nekulay Ontsanu səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını bildirmiş və ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən, Azərbaycanda gördükləri qonaqpərvərlikdən məmnunluqla danışmışdır. O, Bakının ürəyi sayılan Səbail rayonunun fəxri vətəndaşı olmaqdan məmnunluq hissi keçirdiyini demişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında