Yoxsullar dövlətin himayəsindədir

Səbail rayonunda sosial qayğıya ehtiyacı olan, ahıl və əlil vətəndaşlar üçün rayon icra hakimiyyətinin növbəti tədbiri Dənizkənarı Milli Parkdakı "Park Bulvar" Ticarət və İstirahət Mərkəzində keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavinləri Xalidə Bayramova və Yavər Allahverdiyev bildirmişlər ki, şəhid və əlil ailələri, qaçqın və məcburi köçkün, ahıl, kimsəsiz, aztəminatlı və bu kimi digər təbəqədən olan sakinlərin ehtiyac və qayğılarına rayonda diqqətlə yanaşılır. Rayon icra hakimiyyətinin gündəlik işində əhalinin sosial problemlərinin həllinə böyük yer ayrılır. Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) Səbail Rayon İcra Hakimiyyətində müvafiq qurumların iştirakı ilə müzakirə olunmuş, bu mühüm sənədin icrası ilə bağlı bir sıra işlərin görülməsi planlaşdırılmış, müvafiq tapşırıqlar verilmişdir.
Ölkədə yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilərkən qeyd olunmuşdur ki, hər il dövlət büdcəsində sosial məsələlərə ayrılan xərclər artırılır. Bu il iyul ayının 1-dən təqaüdlər artırılmış, yoxsulluğun azaldılmasına yönəldilən dövlət proqramının həyata keçirilməsi əhalinin həyat və yaşayış səviyyəsini daha da yüksəldəcəkdir.
Son illər ərzində rayonda sosial yönümlü obyektlərin tikintisi və əsaslı təmirinə, əhalinin məişət şəraitinin, o cümlədən kommunal və s. problemlərinin yaxşılaşdırılmasına yardımçı olan tədbirlərin həyata keçirilməsinə böyük fikir verilir.
Bildirilmişdir ki, Səbail rayonunda hazırda yaşı 70-i ötmüş 5000 nəfərə yaxın ahıl vətəndaş yaşayır. Ümumilikdə isə rayonda 13365 nəfər təqaüdçü vardır. İl ərzində təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilməmişdir. Rayonda müxtəlif növ və kateqoriyalar üzrə 2509 nəfər sosial müavinət, 367 ailə (1496 ailə üzvü) ünvanlı sosial yardım alır. Hazırda rayondakı müəssisə və təşkilatlarda 88912 nəfər çalışır. 2011-ci ilin I yarısı ərzində 619 yeni iş yeri açılmışdır.
Səbail RİH tərəfindən sakinlərə müxtəlif yardımlar edilir. İlin I yarısı ərzində 4 nəfər kimsəsiz və məcburi köçkünün dəfni, 10 nəfərin yas mərasimlərinin keçirilməsi təşkil olunmuşdur. 20 Yanvar, Çernobıl, Xocalı faciələrinin ildönümünə, II Dünya müharibəsində Qələbənin 66-cı ildönümünə həsr olunmuş tədbirlərdə iştirakçılara maddi və ərzaq yardımları təqdim olunmuşdur. Novruz və digər bayramlar ərəfəsində rayonda yaşayan imkansız ailələrə - ümumilikdə 5000 nəfərə ərzaq bağlamaları verilmişdir. Yay tətilləri ilə əlaqədar hər həftə 200 uşağın "Park Bulvar" Ticarət və İstirahət Mərkəzində pulsuz əyləncəsi təşkil olunur. Bu il imtiyazlı təbəqəyə aid 15 ailə mənzillə təmin olunmuşdur.
Tədbirdə çıxış edənlər rayonda ahıl, xəstə və sosial qayğıya ehtiyacı olan vətəndaşlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmış və bu işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə əməkdar artist Ruhəngiz Allahverdiyeva iştirakçılar qarşısında böyük konsert proqramı ilə çıxış etmişdir. Mərkəzin restoranında 120 nəfərə nahar süfrəsi açılmışdır.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında