Yeni Azərbaycan Partiyası 13 yaşlı qızın ermənilər tərəfindən qətlə yetirilməsini pisləyən bəyanat yayıb

APA-nın məlumatına görə, bəyanatda erməni vəhşiliyinin növbəti qurbanı olmuş 13 yaşlı Aygün Şahmalıyevanın faciəli ölümünün bütün Azərbaycan xalqını dərindən hiddətləndirdiyi və qəzəbləndirdiyi vurğulanıb: "Ermənilərin məqsədli şəkildə, məhz azyaşlı uşaqları hədəf seçən çirkin əməlləri onların uzun illərdən bəri xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində intensiv danışıqların getdiyi bir vaxtda ermənilərin ardıcıl olaraq atəşkəsi pozmaları və xüsusilə də mülki şəxsləri və azyaşlı uşaqları qətlə yetirmələri əslində onların qeyri-səmimiliyindən və sülhün əldə olunması üçün aparılan danışıqları qəsdən pozmağa yönələn niyyətlərindən xəbər verir. 
Bu ilin mart ayında 9 yaşlı Fariz Bədəlovun erməni snayperindən açılan atəş nəticəsində qətlə yetirilməsi və digər bu kimi onlarla terror əməli Ermənistanda dövlət siyasəti səviyyəsinə yüksəlmiş irqçi düşüncə tərzinin törətdiyi fəsadlardır. Erməniliyin iç üzü məhz belə faktlar zamanı bariz şəkildə ortaya çıxır. Yeni Azərbaycan Partiyası erməni tərəfin bu cür qanlı, insanlıq anlayışı ilə bir araya sığmayan əməllərini qətiyyətlə pisləyir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərini, dünya ictimaiyyətini bu hadisəyə obyektiv münasibət bildirməyə, erməni təcavüzünü və uşaq qatillərini dayandırmaq üçün daha qətiyyətli hərəkət etməyə çağırır".
Qeyd edək ki, iyulun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.
Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.
Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında