Vətənin borcunu vermək vaxtıdır...

Vətəndaşlığın şərəf işlərindən biri vaxtında-vədəsində ordu sıralarına gedib hərbi xidmət andı içmək və bu anda sadiq qalaraq Vətənin və xalqın keşiyində durmaq, torpaqlarımızı göz bəbəyi kimi qorumaqdır. Dünən Xətai Rayon İcra Hakimiyyətinin və Hərbi Komissarlığının birgə təşkilatçılığı ilə keçirilən tədbir məhz öz şərəfli vəzifələrini həyata keçirməyə hazır olan gəncləri təntənəli şəkildə hərbi hissələrə yola salmağa həsr olunmuşdu.
Xətai rayon hərbi komissarının vəzifələrini icra edən polkovnik-leytenant Niyaz Məmmədov toplantı iştirakçılarını salamlayaraq bildirdi ki, dövlət əhəmiyyətli bütün tədbirlərdə olduğu kimi, hərbi çağırışda da rayon sakinləri, ictimaiyyət yüksək mütəşəkkillik nümayiş etdirir. Rayonun çağırış yaşlı gəncləri hərbi xidmətə öz müqəddəs borcu kimi baxır. Sevindirici haldır ki, bu gənclər orta təhsil müəssisələrində hərbi xidmətə hazırlığı çox yüksək səviyyədə keçirirlər.
Toplantıda Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da gənclərə xeyir-dua verib bildirdi ki, bu gün hər bir gənc sözün həqiqi mənasında müsəlləh əsgər olmalıdır. Hərbi xidmət təkcə müqəddəs borc yox, həm də hər birimizin şərəf işi olan, istənilən məqamda Vətənin müdafiəsinə hazırlıq məktəbidir. Mərdliyə, qəhrəmaqlığa hazırlıq məktəbində sizin hər birinizə qətiyyət və cəsarət arzulayıram. Uğurun qazanılmasında bu iki cəhət sizə həmişə lazım olacaq.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov isə qeyd etdi ki, hərbi xidmətə çağırış günü hər bir gəncin həyat tarixçəsinin şərəfli səhifəsidir. Gənclərimiz bu gündən o şərəfli səhifəni yüksək döyüş hazırlığına yiyələnmək və hərb sənətinin incəliklərini öyrənməklə, torpaqlarımızı zəbt etmiş işğalçılara güclərini göstərməklə yazacaqlar.
R.Məmmədov bildirdi ki, Respublika Prezidenti cənab İlham Əliyevin özünün bütün çıxışlarında bəyan etdiyi kimi, biz müharibə istəmirik, ancaq torpaqlarımızın azadlığı uğrunda müqəddəs döyüşə həmişə hazır olmalıyıq. Siz hərəniz bir ailədə böyüyüb tərbiyə almısınız. Amma indi hamınız vahid bir ailədə - Azərbaycan ordusunda xidmət edəcəksiniz. Mən istərdim siz hərbi xidmət zamanı nizam-intizama ciddi əməl edib, komandirlərinizin əmrlərini canla-başla yerinə yetirəsiniz. O zaman ordumuz daha güclü və yenilməz olacaq.
Toplantıda iştirak edən II Dünya müharibəsinin veteranları, Qarabağ savaşının iştirakçıları və əsgər ailələrinin üzvləri də çağırışçılara tövsiyə və məsləhətlərini verib yaxşı yol arzuladılar. Sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı R.Məmmədov çağırışçılara xatirə hədiyyələri verdi.
Toplantı rayon mədəniyyət və incəsənət ustalarının konsert proqramı ilə başa çatdı.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında