Maliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

"Azadlıq" qəzetinin 2011-ci il 14 iyul tarixli nömrəsində dərc olunmuş "Azərbaycanlı məmur Rusiyada axtarışdadır" sərlövhəli məqalədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Xəlilov Namiq Cəlil oğlu ilə bağlı əsassız, həqiqəti əks etdirməyən məlumatlar yer almışdır. 
Nazirliyin mətbuat xidməti bildirir ki, Rusiyada çıxan "Novaya qazeta"ya istinad edən "Azadlıq" qəzeti həmin nəşrin yol verdiyi səhvi təkrarlayaraq, məqalədə adı çəkilən və axtarışda olduğu bildirilən Xəlilov Namiq Mustafa oğlunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi kimi təqdim etmiş, bu barədə hazırladığı məqalədə Maliyyə Nazirliyi DSNX-nin rəisi Xəlilov Namiq Cəlil oğlunun fotosunu dərc etmişdir. Qəzetin ən sadə dəqiqləşdirmə belə aparmadan dərc etdiyi yazı Maliyyə Nazirliyinin nüfuzuna, o cümlədən DSNX-nin rəisi Xəlilov Namiq Cəlil oğlunun dövlət qulluqçusu kimi həyata keçirdiyi əmək fəaliyyətinə və peşə nüfuzuna xələl gətirmişdir.
Artıq Maliyyə Nazirliyi həm "Novaya qazeta"ya, həm də "Azadlıq" qəzetinə yol verdikləri ciddi səhvlə bağlı növbəti nömrələrində üzrxahlıq edərək təkzib verilməsi ilə bağlı məktubla müraciət etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında