Naxçıvanda Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üçün yeni inzibati bina tikilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üçün inşa olunmuş yeni inzibati bina istifadəyə verilmişdir. 
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov kollektivi təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Ali Məclisin sədri demişdir ki, komissiya yaradıldıqdan sonra onun fəaliyyəti təmin edilmiş, dövlət qulluğunun 6-9-cu təsnifatı üzrə ilk imtahan keçirilmiş, dövlət orqanlarındakı müvafiq vakant vəzifələrə namizədlərin müsabiqə yolu ilə seçimi və qəbulu aparılmışdır. Komissiyanın gələcək fəaliyyətinin, dövlət qulluğuna qəbul imtahanlarının, müsabiqələrin keçirilməsinin səmərəliliyinin artırılması üçün daha yüksək şəraitin yaradılması vacib idi. Ona görə də qısa müddətdə yeni bina inşa olundu, lazımi iş şəraiti yaradıldı.
Komissiyanın əsas vəzifələrindən danışan V.Talıbov muxtar respublikada inzibati vəzifələrin 6-9-cu təsnifatına uyğun işlərdə çalışan 2019 nəfərin attestasiyasının aparılmasını da vacib işlər sırasında vurğulamışdır.
Ali Məclisin sədri vəzifə və funksiyalarına uyğun olaraq komissiyanın yeni binada fəaliyyətinin daha da gücləndirilməsi, sahə üzrə normativ hüquqi aktların izahı və dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunması ilə bağlı sistemli tədbirlərin görülməsi barədə tapşırıqlar vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında