Azərbaycanın dövlət qurumlarının mətbuat xidmətlərinin əməkdaşları Londonda təcrübə keçəcəklər

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və ATƏT-in Bakı ofisi Azərbaycanın bir sıra dövlət qurumlarının mətbuat xidmətlərinin əməkdaşlarının Londona səfərini təşkil edəcəkdir. Səfər iyulun 18-dən 21-dək davam edəcəkdir.  
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirmişlər ki, nümayəndə heyətinə Prezident Administrasiyası, Milli Məclis, Naxçıvan MR-in Ali Məclisi, Xarici İşlər, Ədliyyə, Səhiyyə, Daxili İşlər, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirlikləri, Respublika Prokurorluğu və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları daxildirlər.
Səfərin məqsədi Böyük Britaniyada informasiya azadlığı və informasiya əldə etməyə dair mövcud təcrübəni öyrənməkdir. Azərbaycandan olan mətbuat xidmətlərinin əməkdaşları Böyük Britaniyadakı həmkarları ilə görüşəcək, fikir mübadiləsi aparacaqlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında