ABŞ azərbaycanlıları Vaşinqtonu Ermənistana təzyiq göstərməyə çağırır

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) dəstəyi ilə ABŞ-dakı Azərbaycan diasporu yeni kampaniyaya start verib.
APA-nın Vaşinqton müxbiri xəbər verir ki, kampaniya çərçivəsində ABŞ rəsmilərinə 23 iyul - Azərbaycanın Ağdam şəhərinin ermənilər tərəfindən işğalı ilə bağlı məktublar göndərilir.
"1988-ci ilin əvvəllərində Ermənistan Respublikası və Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki erməni millətçiləri azərbaycanlıları öz dədə-baba torpaqlarından qovaraq Dağlıq Qarabağın Azərbaycandan alınıb, Ermənistana verilməsini tələb ediblər. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini başa çatdırandan və Xocalı, Şuşa və Kəlbəcərdə qətliamlar törədəndən sonra, 1993-cü ilin ortalarında erməni silahlı qüvvələri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin şimal-şərqində, Ağdamda əməliyyatlara başlayıblar", - deyə məktubda bildirilir.
Müraciət müəllifləri qeyd edirlər ki, Azərbaycanın qədim şəhərlərindən biri olan Ağdamın ərazisi 1094 kv/km, əhalisi 153 min olub: "Ağdamın 882 kv/km ərazisi, bir şəhər və 80 kənd ermənilər tərəfindən işğal olunub, 128 min Ağdam sakini yurd-yuvalarından didərgin düşüb. İşğal nəticəsində Ağdama 6 milyard 179 milyon dollar həcmində ziyan dəyib. İşğal zamanı Ağdamda 5897 azərbaycanlı qətlə yetirilib. Ağdamın ardınca ermənilər dörd rayonu - Qubadlı, Zəngilan, Cəbrayıl və Füzulini işğal ediblər".
Məktub bu sözlərlə yekunlaşır: "Biz ABŞ hökumətini Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsinə, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrini yerinə yetirməsinə, ermənilərin beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərindən çıxarılmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasına nail olmaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırırıq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında