Ağdam sakinləri minnətdarlıq edirlər

Azərbaycan Prezidenti İlham Əliyevin "Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2011-ci il 11 iyul tarixli Sərəncamı rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanmışdır. 
Sərəncama əsasən, 46 min nəfər əhalinin yaşadığı 21 kəndi, 6 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün 6 milyon manat vəsait ayrılmışdır.
AzərTAc xəbər verir ki, ağdamlılar bu sərəncamı dövlətimizin başçısının bölgələrə göstərdiyi böyük diqqət və qayğısının parlaq təcəssümü kimi dəyərləndirirlər. Qaradağlı kənd sakini, uzun müddət yol tikintisində çalışmış, hazırda təqaüddə olan Mirsiyab Məmmədov demişdir: "Respublikanın bütün bölgələrində olduğu kimi, Ağdam rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılır, məcburi köçkünlər üçün qəsəbələr salınır, əhalini narahat edən problemlər həll olunur, içməli və suvarma suyuna tələbatın ödənilməsi üçün artezian quyuları qazılır, kənlərdə qaz çəkilişi sürətlə davam etdirilir. Ölkə başçısının rayonun kəndlərarası yollarının yenidən qurulması ilə bağlı sərəncamı sakinlərin böyük sevincinə səbəb olmuşdur. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlığımı bildirirəm".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında