Azərbaycan geosiyasi baxımdan regionda çox vacib ölkədir

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri iyulun 15-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşmüşlər. 
Komitədə keçirilən görüşdə Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmış, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyonadək soydaşımızın doğma yurdlarından didərgin düşdüyünü bildirmişdir.
Baş nazirin müavini Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edərək demişdir ki, indiyədək bu işlərə 4,5 milyard dollar vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcənin, 1 milyard dolları Dövlət Neft Fondunun, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Hazırda Azərbaycanda 60-dək beynəlxalq humanitar təşkilat fəaliyyət göstərir və Azərbaycan dövləti onlara hər cür şərait yaratmışdır.
Ətraflı məlumata görə təşəkkürünü bildirən Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Xose Manuel Fernandes Avropa liderlərinin dünyada mövcud münaqişələrin həlli istiqamətində səylərini artıracaqlarına ümid etdiklərini, geosiyasi baxımdan regionda çox mühüm ölkə olan və sürətlə inkişaf edən Azərbaycanın üzləşdiyi münaqişənin sülh yolu ilə həllinin zəruriliyini vurğulamışdır.
Münaqişənin tarixi ilə bağlı hərtərəfli izahatdan razılıq edən Avropa Parlamentinin fransalı üzvü Qaston Franko Bakıda özünü ölkəsindəki kimi hiss etdiyini bildirmişdir.
Belçika Parlamentinin üzvü Alan Desteks isə vurğulamışdır ki, Azərbaycan özünü dünyaya daha yaxından tanıtdırmaqla və əsl həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla problemin həllinə kömək etmiş olar.
Sonda qonaqlara Dağlıq Qarabağ münaqişəsindən bəhs edən disk və kitab təqdim edilmişdir.
Xatırladaq ki, Avropa Parlamentinin üzvləri iyulun 16-da Ağdam rayonuna səfər edərək məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında