N.Ontsanu: Azərbaycanın müstəqilliyinin bərpasından sonra xalqın tələbi ilə hakimiyyətə gəlmiş müdrik dövlət xadiminin siyasi kursu layiqincə davam etdirilir

Azərbaycanın müstəqilliyinin bərpasından sonra xalqın tələbi ilə hakimiyyətə gəlmiş müdrik dövlət xadiminin siyasi kursu layiqincə davam etdirilir.
Bu fikirləri Rumıniyanın hakim Demokrat Liberal Partiyasının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin ikinci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası sədrinin müavini Nekulay Ontsanu demişdir.
Rumıniyalı qonaq Bakıda 2006-cı ildə müşahidə etdikləri ilə hazırda gördükləri arasında böyük fərqin olduğunu, paytaxtda həyata keçirilən irimiqyaslı layihələrdən heyrətə gəldiyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycanda mən iki vacib, əsas cəhəti gördüm: birincisi odur ki, xalq özü müdrik, çalışqan və yaradıcı xalqdır. İkincisi isə, müstəqilliyini bərpa etdikdən sonra dövlətə xalqın tələbi ilə hakimiyyətə gələn müdrik siyasət xadimi rəhbərlik etmişdir və onun kursu layiqincə davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan abadlıq, quruculuq işlərini də yüksək qiymətləndirdiyini deyən Rumıniya nümayəndə heyətinin rəhbəri bunu dövlətimizin başçısının tariximizə, mədəniyyət və incəsənətimizə böyük sevgisi kimi dəyərləndirmişdir. Əlavə etmişdir ki, Azərbaycanda yüzlərlə, minlərlə məktəb, kitabxana və digər mədəniyyət ocaqları tikilir, təmir olunur. Belə dinamik inkişaf və tərəqqi dünyanın heç bir yerində yoxdur. Bu, insanların öz mənəvi dəyərlərinə verdiyi qiymətdir. Bakıda iri, nəhəng binaların tikilməsi dövlətinizin qüdrətindən xəbər verir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında