Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu BMT-nin İqtisadi və Sosial Şurasının Cenevrədə keçirilən toplantısında çıxış etmişdir

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu iyulun 4-8 də İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının yüksək səviyyəli toplantısında iştirak etmişdir. BAMF sədri toplantıdakı çıxışında Azərbaycan müstəqilliyini əldə edəndən sonra yaradılan yeni təhsil sistemindən və bu sistemin inkişaf yollarından danışmışdır. U.Rəhimoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini, bu problemin ölkəmizə, o cümlədən Azərbaycanın təhsil sisteminə vurduğu ağır zərbənin nəticələrini də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Natiq göstərmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Qərb təhsil sisteminə istiqamətlənmişdir. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2005-ci ildə təhsil məsələləri üzrə komissiya yaradılmışdır. Bundan məqsəd təhsil sahəsində dünyada baş verən yeni mütərəqqi inkişafı nəzərə almaqla, təhsilin bütün səviyyələrində keyfiyyətin yaxşılaşdırılması, gələcək inkişaf naminə mümkün yolları müəyyənləşdirmək üçün təhsil sahəsində olan güclü və zəif cəhətlərin araşdırılması və üzə çıxarılması idi. Sərəncama uyğun olaraq 2005-ci ildə UNESCO Cenevrədə "Dayanıqlı gələcək naminə Azərbaycanda təhsil sistemində islahat" adlı konfrans keçirmişdir. Konfrans təhsil sistemində olan çatışmazlıqlara uyğun məqsəd və vəzifələri aydınlaşdırmaqla perspektiv yolları müəyyənləşdirmişdir.
U.Rəhimoğlu vurğulamışdır ki, Azərbaycanın üzləşdiyi çətinliklər hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədardır. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Yüzlərlə yaşayış məntəqəsi, onlarla şəhər və bütün infrastruktur, yüzlərlə məktəb, minlərlə kitabxana dağıdılmışdır.
Biz müharibə qurbanlarına, qaçqınlara, məcburi köçkünlərə, əhalinin zəif təbəqəsinə və onların ailə üzvlərinə texniki peşə təhsili almaq üçün dəstək veririk. Təlimlər ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Azərbaycanın Tərtər rayonunda tikilmiş üçmərtəbəli Peşə Təlimi Mərkəzində aparılır. Yeri gəlmişkən, dəstək üçün ABŞ hökumətinə təşəkkürümüzü bildiririk. Mərkəzdə ehtiyacı olanlara alternativ bacarıqlar aşılanır. Onlar əldə etdikləri yeni peşə bacarıqları ilə işlə təmin olunmaq imkanı qazanırlar...


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında