Mexikoda Meksika-Azərbaycan dostluq parkı salınacaq

Mexiko şəhərində Meksika-Azərbaycan dostluq parkının salınması məqsədilə Azərbaycanın bu ölkədəki səfiri İlqar Muxtarov Mexiko şəhərinin meri Marselo Ebrard ilə görüşmüşdür.
Azərbaycanın Meksikadakı səfirliyindən bildirmişlər ki, azərbaycanlı səfir göstərilən dəstəyə görə şəhər rəhbərliyinə öz təşəkkürünü bildirmiş, ölkələrimiz arasında mədəni və siyasi əlaqələrin inkişaf etdirilməsi üçün layihənin mühüm əhəmiyyətindən danışmışdır.
Tərəflər Mexiko şəhərində açılacaq Meksika-Azərbaycan dostluq parkının yekun planını nəzərdən keçirərək, qarşılıqlı razılaşma haqqında saziş imzalamışlar.
Azərbaycanlı diplomat ölkəmiz ilə Meksika arasında siyasi, iqtisadi, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin perspektivlərindən danışmış və Mexiko şəhərinin merini Azərbaycana səfərə dəvət etmişdir.
Azərbaycana gəlmək arzusunda olduğunu bildirə Marselo Ebrard iki ölkə arasında mədəni əlaqələrin genişlənməsini yüksək qiymətləndirmiş, gələcəkdə daha da böyük layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə, həmçinin Mexiko şəhər hökumətinin inkişaf və mənzil naziri Felipe Leal da iştirak etmişdir.

{nl}

AzərTAc

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında