Fransanın milli bayramı şərəfinə

İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Əvvəlcə Azərbaycanın və Fransanın dövlət himnləri səslənmişdir.
Sonra Fransanın Azərbaycandakı səfiri Qabriel Köller çıxış edərək ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.
Diplomat dost ölkələr olan Azərbaycan ilə Fransa arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır.
Azərbaycanın dinamik inkişafını, Fransanın məşhur mədəniyyət və incəsənət xadimlərinin Azərbaycana səfərini qeyd edən səfir ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu demişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, fransız xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan ilə Fransa arasında əlaqələrin dərin tarixi kökləri vardır.
Prezident İlham Əliyevin Azərbaycan-Fransa əlaqələrinin inkişafına xüsusi önəm verdiyini vurğulayan Ə.Qarayev, həmçinin iki ölkə arasında əlaqələrin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xüsusi rolunu diqqətə çatdırmışdır.
Qəbulda xarici ölkələrin Azərbaycandakı səfirləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında