Zərdablılar ümummilli lider Heydər Əliyevi qədirbilənliklə anmışlar

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 42-ci ildönümü münasibətilə Zərdab rayonunda silsilə tədbirlər keçirilmişdir. Heydər Əliyev meydanında rayonun yeni tikilmiş giriş qapısının açılışı olmuşdur. Türkiyədə hazırlanmış qapı tağının ortasında ulu öndərin parlaq portreti var, ətrafında isə simvolik günəş şüaları görünür. Sanki, ulu öndər günəş kimi Azərbaycana nur saçır. Bir qədər aşağıda üımummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin Azərbaycanla, Zərdabla bağlı fikirləri yer alır. Giriş qapısı orijinallığı ilə diqqət cəlb edir. 
Heydər Əliyev meydanında Azərbaycan Respublikasının Dövlət bayrağı da qaldırılmışdır. Bayraq qülləsinin uzunluğu 42 metrdir. Bu, 1969-cu ildən ötən illərin sayını bildirir. Dövlət bayrağı təntənəli surətdə qüllənin zirvəsinə qaldırılmışdır. Sonra Zərdab Rayon İcra Hakimiyyətinin inşa etdirdiyi şəhid ailələri və Qarabağ əlilləri üçün 16 mənzilli yaşayış binasının açılışı olmuşdur.
Ümummilli lider Heydər Əliyevin 42 il əvvəl Azərbaycanda siyasi hakimiyyətə gəlməsi münasibətilə keçirilən mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bu siyasi hadisənin respublikamızın sonrakı taleyində oynadığı misilsiz rol barədə ətraflı söz açmışdır. Natiq bildirmişdir ki, hərtərəfli inkişaf etmiş milli rəhbər kimi Azərbaycanı böyük sevgi və sonsuz enerji ilə idarə edən Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş SSRİ-də və dünyada tanıtdı. O illərdəki sosial-iqtisadi tərəqqi Azərbaycanı sonrakı müstəqillik dövrünə hazırladı. Xalqımızın 1969-cu ildən başlayan sonrakı 34 illik tarixi haqlı olaraq Heydər Əliyev epoxası adlanır.
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev, Milli Məclisin deputatı Jalə Əliyeva, əmək qəhrəmanı Ömər Ağayev, Müdafiə Nazirliyinin təmsilçisi, polkovnik Abdulla Qurbanlı və digər natiqlər də ulu öndər Heydər Əliyevin Azərbaycanın sivil inkişafında, müstəqil dövlət kimi möhkəmlənməsində tarixi xidmətlərindən qədirbilənliklə danışmışlar.
Həmin gün Heydər Əliyev adına meydanda möhtəşəm bayram konserti olmuşdur. Yerli özfəaliyyət kollektivləri ilə yanaşı, Azərbaycanın xalq artisti Zümrüd Məmmədova, opera solisti Ramil Qasımov şənlikdə rəngarəng nömrələrlə çıxış etmişlər.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında