Ordubad Rayon Şahmat Məktəbinin yeni binası istifadəyə verilmişdir

Ordubad Rayon Şahmat Məktəbinin yeni binası istifadəyə verilmişdir. Bu münasibətlə təşkil olunmuş mərasimdə çıxış edən məktəbin direktoru İsrafil Məmmədov muxtar respublikada təhsilin və idmanın inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini, şagirdləri təbrik etmiş, bu idman müəssisəsinin muxtar respublikanın qabaqcıl şahmat məktəblərindən biri olduğunu qeyd etmişdir. Sonra binaya baxış keçirilmişdir. Müasir memarlıq üslubunda inşa olunan bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir.
Müəllim Səkinə Tağıyeva, rayon ziyalısı Qürbət Rzayev, şahmatçı Fəridə Ələsgərova və başqaları tədbirdə çıxış edərək son illər Ordubad rayonunun böyük quruculuq və inkişaf yolu keçdiyini, dövlətimizin qayğısı ilə bütün sahələrdə dinamik inkişafa nail olunduğunu vurğulamış, bu qayğıdan uşaq, yeniyetmə və gənclərə də xeyli pay düşdüyünü qeyd etmişlər.
Şahmat məktəbinin həyətində geniş abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmiş, oturacaqlar qoyulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında