Tarixi incəsənət nümunələrinin qanunsuz satılmasının qarşısı alınmışdır

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, bizim eradan əvvəl və bizim eranın ilkin dövrünə aid əntiq əşyalar olmaları baxımından qiymətsiz tarixi incəsənət nümunələrinin qanunsuz satılmasının qarşısı bu günlərdə MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində alınmışdır.
Milli Təhlükəsizlik Nazirliyinə bir qrup şəxsin qızıl və qiymətli daşlardan düzəldilmiş 3 ədəd tarixi incəsənət nümunəsini 350 min ABŞ dollarına Bakı şəhərində satmaq istədikləri barədə məlumat daxil olmuşdur. 2010-cu il martın 18-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixi incəsənət nümunələrini satmaq niyyətində olan Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü Allahverdiyev Arif Allahyar oğlundan 2 ədəd qızıl heyvan fiquru və 1 ədəd daşdan düzəldilmiş, çox qədim, həm də nəfis sənətkarlıq nümunəsi olan rəhbər və ya hakimiyyət rəmzi qismində istifadə olunduğu güman edilən balta sənədləşdirilərək götürülmüşdür.
Bu istiqamətdə həyata keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları, 1983-cü il təvəllüdlü Yusifov Hafiz Mustafa oğlu, 1973-cü il təvəllüdlü, ixtisasca tarixşünas olan Rzayev Rizvan Abbas oğlu və 1956-cı il təvəllüdlü Qurbanov Məzahir Ələkbər oğlundan ümumilikdə 6 ədəd tarixi əhəmiyyət kəsb edən incəsənət nümunələri, o cümlədən qızıldan hazırlanmış şir başına bənzər bir riton, qızıldan hazırlanmış bir heyvan fiquru, firuzədən hazırlanmış bir ceyran üzərində adam fiquru, 1 tunc riton, 2 kiçik tunc kişi heykəli sənədləşdirilərək götürülmüşdür. Müəyyən edilmişdir ki, adları çəkilən şəxslər dəyərləri ölçüyə gəlməz bu əşyaları 250 min ABŞ dollarına satmaq niyyətində olmuşlar.
Götürülmüş qədim sənətkarlıq incilərinin tarixini və dəyərini müəyyənləşdirmək məqsədilə bu sahə üzrə mütəxəssislərin rəyləri öyrənilmişdir. Alınmış ilkin rəylərə əsasən, bütün təqdim olunmuş əşyalar indiyədək Azərbaycan Respublikası ərazisində aparılmış arxeoloji tədqiqatlar və qazıntılar zamanı tapılan əşyalar arasında analoqlarına rast gəlinməyən, tarixi baxımdan çox qədim, yəni bizim eradan əvvəlki və bizim eranın ilkin dövrlərinə təsadüf edən nadir incəsənət nümunələridir. Hazırda mütəxəssislərın müvafiq araşdırmaları davam edir.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən mədəni-tarixi sərvət olan əşyaların qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanılmış, Allahverdiyev Arif Allahyar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanılmışlar.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında