Konstitusiya Məhkəməsinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaranmasının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək, 1998-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılmış məhkəmənin fəaliyyəti, strukturu və gördüyü işlər haqqında danışmışdır. Bildirilmişdir ki, ali orqan hesab olunan Konstitusiya Məhkəməsi dövlət əhəmiyyətli qərarların çıxarılması, bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi və s. sahələrdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.
Kollektivi əlamətdar gün münasibətilə təbrik edən F.Abdullayev ötən il Konstitusiya Məhkəməsi tərəfindən 22 mühüm qərarın qəbul olunduğunu, bunların hüquq ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.
F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına və genişlənməsinə xüsusi diqqət yetirildiyini, bu sahədə digər ölkələrin təcrübəsinin nəzərə alındığını vurğulamışdır.
Konstitusiya Məhkəməsinin yaranmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən F.Abdullayev demişdir ki, ümummilli lider məhkəmənin maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görmüşdür. Hazırda bu qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhkəmənin hakimlərinin təltif olunmaları bunun bariz nümunəsidir.
Konstitusiya Məhkəməsinin sədri qarşıda duran vəzifələrdən də danışmış, əməkdaşlara gələcək işlərində uğurlar diləmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında